2881 mənzildə müayinələr aparılır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində aparılıb.
28 Avqust 2017 13:55 SosialÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində aparılıb. Ümumilikdə isə Səhiyyə Nazirliyinin razılığı və ÜST-nin dəstəyi ilə aparılan sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib. Qeyd edək ki, sorğuların keçirilməsində ölkənin bütün şəhər və rayonlarının icra hakimiyyəti orqanları və rayon mərkəzi xəstəxanaları, poliklinikaları xüsusi dəstək göstərir.
10 qrupdan ibarət intervüyerlər komandası Bakı, Sumqayıt və Xızı əhalisinə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim edərək, onlar arasında QİX-in risk amillərini öyrənir. Sorğu zamanı iştirakçıların fiziki göstəriciləri təyin olunur. Daha sonra respondentdən biokimyəvi nümunələrin analizi, qan nümunəsi və sidik nümunəsi götürülür. Bütün analizlər ÜST-nin verdiyi laborator avadanlıqlar vasitəsilə aparılır. Gündəlik olaraq sorğu-sual mərhələsində əldə olunan 60 intervüdən ibarət məlumatlar dərhal planşetlər vasitəsi ilə elektron bazaya yüklənilir və onlayn rejimində sorğunun müşahidəçiləri tərəfindən nəzarətdə saxlanılır.