Gündəm

Vətəndaşların yerli idarəetmədə təmsil olunması siyasi plüralizm göstəricisidir

28 Avqust 2017 13:42

Müasir dövlətlərin əksəriyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları  vasitəsilə həll edilir. Elə bu səbəbdən də yerli özünüidarəetmə hüququ dövlətin həyatında mühüm rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasında da terli özünüidarə sistemi formalaşdırlıb.

Aprel döyüşləri ordumuzun yeni qəhrəmanlıq salnaməsi idi

28 Avqust 2017 13:40

Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz isə qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzusu ilə yaşayıblar. Xüsusən, "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi.

Dağıstanda polisə hücum:  3 ölü

28 Avqust 2017 13:38

Dağıstanın Kaspiysk şəhərində polis naryadına hücum olub. Polis əməkdaşlarına hücum zamanı 1 polis nəfəri öldürülüb. Hücum edənlərdən 2-si də cavab atəşi ilə məhv edilib.

Həkim rəyi olmadan eynək satılmayacaq – Yeni qanun layihəsi  

28 Avqust 2017 13:36

Azərbaycanda həm optik, həm də gün eynəklərinin həkim məsləhəti olmadan satılmasına icazə verilməyəcək. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bununla bağlı komitə tərəfindən "Optika haqqında" qanun layihəsinin ilkin variantı artıq hazırlanıb: "Biz qanun layihəsini müvafiq nazirliklərə və təşkilatlara göndərəcəyik. Müsbət rəylər və hansısa təkliflər gəldikdən sonra onları nəzərə alacağıq. Payız sessiyasında bu məsələ komitəmizin gündəliyində olacaq. Ondan sonra yəqin ki, biz qanun layihəsini plenar iclasa tövsiyə edəcəyik".

Özünüməşğulluq proqramı genişləndiriləcək

28 Avqust 2017 13:34

“2016-cı ilin aprelin 7-də prezidentin ehtiyat fondundan özünüməşğulluq layihəsinə ayrılan 6 milyon manat vəsaitin sərf olunması yolu ilə 1400 ailənin prosesə cəlb edilməsi nəzərdə tutulub. İlkin nəticələr göstərir ki, bu layihə ölkənin əmək bazarında, xüsusilə şəhər yerlərindən kənarda əhalinin məşğulluğunu təmin etmək üçün ən səmərəli yollardan biridir”.

Ölkə AYAĞA QALXDI: Qardaşı qızı ilə öpüşən şəxs EDAM OLUNSUN!

28 Avqust 2017 13:25

Bodrumda yaxtada qardaşı qızı ilə öpüşərək ölkə gündəmini zəbt edən aparıcı Murat Başoğlunu bağışlamayacaqlar.  Xalq qardaşı qızı ilə öpüşən aparıcının edamını istəyir.

Arvadını və qaynanasını döyən keçmiş məhkum saxlanıb

28 Avqust 2017 13:21

Gəncədə arvadını və qayınanasını döyüb hadisə yerindən başqasının avtomobili ilə qaçan şəxs tutulub.  “Olaylar” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

“Qarabağ” “Beşiktaş”a "YOX" dedi

28 Avqust 2017 13:19

Türkiyənin "Beşiktaş” klubu sentyabrın 2-də Bakıda yoxlama oyunu keçirmək üçün "Qarabağ”a təklif göndərib. Türkiyə çempionu DÇ-2018-in seçmə matçları ilə əlaqədar daxili çempionatda yaranacaq fasilə zamanı Bakıda hər iki komandanın iştirakı ilə yoldaşlıq matçı keçirmək istəyib. Bu oyun həm də "qara qartal”ın Azərbaycandakı çoxsaylı azarkeşlərinə hədiyyə olacaqmış.

FHN-nin Gürcüstanda olan yanğınsöndürmə-xilasetmə dəstəsi Azərbaycana qayıtdı

28 Avqust 2017 13:17

Gürcüstanda Borjomi-Xarqulsk qoruğunda baş vermiş yanğınların söndürülməsində iştirak etmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə-xilasetmə dəstəsi hadisə yerini tərk edərək, Vətənə qayıdıb.

Hemilton Belçika Qran-prisinin qalibi oldu

28 Avqust 2017 13:15

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi olub. Avtomobil yarışında ikinci yeri "Ferrari"nin alman pilotuSebastyan Fettel tutub. "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo finiş xəttini üçüncü keçib. Növbəti Qran-pri mərhələsi sentyabrın 1-dən 3-dək İtaliyada keçiriləcək. 

Ndlovu: "Üzərimizdə təzyiq yoxdur"

28 Avqust 2017 13:14

Çempionlar Liqasında oynamaq ifadəolunmaz bir hisdir. Amma biz debütantıq. Buna görə də bizim üçün çətin olacaq.  Bu sözləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu "Kickoff"a deyib. 27 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko", "Roma" kimi komandalarla oynamağın möhtəşəm olacağını bildirib: " Biz oyunlarda öz potensialımızı ortaya qoyacağıq".

“Mlada Boleslav”ın baş məşqçisi Kamran Ağayev haqda danışdı

28 Avqust 2017 13:11

Oyuna passiv başladıq. Halbuki belə olacağını düşünmürdük. Bu sözləri "Mlada Boleslav" klubunun baş məşqçisi Duşan Uhrin deyib.  Millimizin üzvü Kamran Ağayev "Mlada Boleslav"da debüt matçına çıxıb. Onun komandası Çexiya çempionatının V turunda "Slaviya"nın qonağı olub. Ağayevin debütü uğursuz alınıb. Belə ki, qonaqların 0:4 hesabı ilə uduzduqları qarşılaşmada üçüncü qol Kamranın kobud səhvindən sonra vurulub.

Atışmada ağır yaralanan tanınmış "qanuni oğru"dan yeni xəbər

28 Avqust 2017 13:08

Abxaziyada atıışma nəticəsində ağır yaralanan "Rəşad Gəncinski" ləqəbli tanınmış "qanuni oğru"Rəşad İsmayılovla bağlı yeni xəbər var. "Rəşad Gəncinski" Udauti şəhərindən Suxumiyə gətirilib.  

Polkovnik Ramaldanov: "Heç kimin ehtimallarla cəmiyyətdə yanlış fikirlər yaratmağa haqqı yoxdur"

28 Avqust 2017 13:04

Bir balaca düşüncəsi, anlayışı olan, bu cür məsələlərdən başı çıxan adam heç vaxt Xızıdakı hərbi hissədəki partlayış barədə özündən "təsadüfi deyil", "təxribatdır" və ya "içimizdə ermənilərə işləyənlər törədiblər" deməz. Bu barədə  hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 27-də Xızıdakı N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayışla bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış qeyri-rəsmi məlumatlara münasibətində bildirib.

Azərbaycanlı məşhurlar ermənilərin olduğu kafedə "Şuşanın dağları"nı oynadılar - VİDEO

28 Avqust 2017 12:58

Tanınmış teleaparıcılar Afaq Gəncəli, Zemfira Adıgözəlova və Nərgiz Mamedova Gürcüstana istirahətə yollanıbar. Məşhurlar axşam yeməyi üçün restoranların birinə getməli olublar. Orada yan masalarda ermənilərlə qarşılaşan aparıcılar "Şuşanın dağları", "Qarabağ" və "Qaraxal yar" mahnısını sifariş edərək, rəqs ediblər. Bu barədə saytımıza açıqlama verən Afaq Gəncəli baş verən hadisəni belə izah edib: "Biz restorana, sadəcə, yemək üçün getmişdik. Orada ermənilər çox idi və arxa-arxaya öz mahnılarını sifariş verib, rəqs edirdilər. Halbuki, onların çoxu bizim mahnılarımız idi, vaxtilə oğurlayıb, öz adlarına çıxmışdılar. Bizim onların həmin restoranda çox olmasından xəbərimiz yox idi. Biz də bunun müqabilində belə bir hərəkət etdik. Müğənnidən xahiş etdik ki, bizi Qarabağ qızları kimi təqdim etsinlər. Qarabağın, Azərbaycanın adını çəkdik.