Vətəndaşların yerli idarəetmədə təmsil olunması siyasi plüralizm göstəricisidir

Müasir dövlətlərin əksəriyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları  vasitəsilə həll edilir. Elə bu səbəbdən də yerli özünüidarəetmə hüququ dövlətin həyatında mühüm rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasında da terli özünüidarə sistemi formalaşdırlıb.

Bu orqanların təmsilçiləri vətəndaşlardan bilavasitə mandat və səlahiyyət alırlar

Müasir dövlətlərin əksəriyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları  vasitəsilə həll edilir. Elə bu səbəbdən də yerli özünüidarəetmə hüququ dövlətin həyatında mühüm rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasında da terli özünüidarə sistemi formalaşdırlıb. Əslində yerli özünüidarəetmə orqanları qeyri-dövlət sistemidir. Onu dövlət hakimiyyəti, dövlət idarəetməsi hesab etmək olmaz. Qeyd etmək lazımdır ki, yerli özünüidarəetmə də hakimiyyətdir, lakin dövlət hakimiyyəti deyildir. Yerli özünüidarəetmə ictimai-kütləvi hakimiyyətdir. Bu cür hakimiyyət cəmiyyətin idarə olunmasında vətəndaşların iştirak forması olub, xalq hakimiyyətini ifadə edir. O, yerlərdə xalq hakimiyyətinin forması sayılır. Yerli özünüidarəetmə dedikdə, vətəndaşların fəaliyyətinin elə bir qeyri-dövlət sistemi başa düşülür ki, bu sistemin vasitəsi ilə onlar qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri və sərbəst surətdə həll edirlər. Məlum olduğu kimi yerli özünüidarəetmə müxtəlif formalarda həyata keçirilir. Yerli rəy sorğusu bu formalardan biridir. Həmin forma vasitəsi ilə vətəndaşların yerli əhəmiyyətli məsələlər barəsində rəyi öyrənilir. Bununla onlar öz iradələrini birbaşa ifadə edirlər. Seçki hüququ olan bütün vətəndaşlar yerli rəy sorğusunda iştirak edə bilərlər. Onların iştirakı könüllülük prinsipinə əsaslanır. Yerli rəy sorğusu səsvermə yolu ilə keçirilir. Səsvermə həm açıq, həm də gizli keçirilə bilər. Səsvermə zamanı vətəndaşların öz iradələrini ifadə etmələriüzərində hər hansı bir dövlət orqanının və ya vəzifəli şəxsin nəzarəti istisna olunur. Belə nəzarətə yol verilmir. Yerli rəy sorğusu zamanı vətəndaşlar öz iradələrini birbaşa ifadə edirlər. Digər tərəfdən vətəndaşlar yerli rəy sorğusunda bilavasitə iştirak edirlər. Buna görə də yerli özünüidarəetmənin bu forması bilavasitə demokratiyanı ifadə edir. Azərbaycanda yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Bələdiyyə dedikdə, qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması başa düşülür. Bu elə formadır ki, onun mülkiyyəti və yerli büdcəsi olur. Bunlar bələdiyyənin qarşısında duraqn vəzifələrin yerinə yetirilməsi üçün maddi baza rolunu oynayır. Yerli özünüidarə məhz bələdiyyə vasitəsilə keçirilir. Milli qanunvericiliyə əsasən bələdiyyə özünün orqanlarını yaradır. Yerli əhəmiyyətli məsələlər məhz bu orqanların vasitəsilə həll olunur. Onlar bələdiyyə orqanları adlanır. Bələdiyyə orqanları dövlət hakimiyyəti orqanları sisteminə aid edilmir. Yerli özünüidarə də məhz həmin nümayəndələr tərəfindən həyata keçirilir. Nümayəndələr vətəndaşlardan bilavasitə mandat və səlahiyyət alan şəxslərdir. Onlar vətəndaşları təmsil edirlər. Bunlar onu sübut edirk ki, bələdiyyələr xalq nümayəndəliyinin seçkili (kollegial) orqanıdır. Onların həyata keçirdiyi yerli özünüidarəetmə isə nümayəndəli (vasitəli) demokratiya formasıdır. Bələdiyyələrə seçkilər təyin edilməsi məsələsini Azərbaycan Respublikasının prezidenti müəyyən edir. Seçkilər günü 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ vardır (aktiv seçki hüququ). Bələdiyyələrin səlahiyyəti müddəti 5 ildir. Bu müddət həm də bələdiyyə üzvünün səlahiyyəti müddəti ifadə edir, yəni bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir. Bələdiyyənin yeni tərkibinin işə başladığı gün onun səlahiyyəti qurtarır. Bununla bələdiyyə üzvünün səlahiyyəti ləğv edilir. Azərbaycanda demokratiktəsisatların in kişafə deməyə əsas verir ki, yerli özünüidarəetmə də azad, demokratik cəmiyyətin ilkin başlanğıcını təşkil edir. AR Konstitusiyasının 4-cü bölməsi "Yerli özünüidarəetmə" adlandırılmışdır. Bu bölmə "Bələdiyyələr" adlanan IX fəsildən ibarət olub 142 - 146 - cı maddələrini əhatə edir. 142-ci maddənin I hissəsində qeyd olunur ki, "yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə bələdiyyələrin statusu qanunla müəyyən edilir.  Yerli idarəetmənin hüquqi cəhətdən tənzimlənməsində "Bələdiyyələrin statusu haqqında" AR Qanunu xüsusi əhəmiyyət kəsb edir. Qanun 8 fəsil, 56 maddədən ibarətdir. Yerli özünüidarəetmə dedikdə yerli ərazi vahidi əhalisinin (ərazi kollektivinin) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür. Bələdiyyələrin hüquqi vəziyyətini müəyyən edən "Bələdiyyələrin statusu haqqında" AR Qanununun 1-ci maddəsində göstərilir: AR-da yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə bir qeyri - dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilimş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəliyi kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Ölkədə yerli özünüidarəetmə orqanlarının təşkili qaydası, funksiyaları və səlahiyyətləri AR-nın Konstitusiyası və qanunları ilə müəyyən edilir. Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələlərin həllində müstəqildirlər və mərkəzi dövlət haklimiyyəti orqanlarının onların fəaliyyətinə müdaxiləsi yolverilməzdir. Konstitusiyada dövlət hakimiyyəti və yerli özünüidarəetmə məsələləri müxtəlif bölmələrdə əks etdirilir və bələdiyyələr dövlət orqanlarının hüquqi vəziyyətini müəyyən edən bölməyə daxil edilmir. Bundan başqa Konstitusiyada bələdiyyə aktları dövlət hakimiyyəti orqanlarının aktları ilə bir sıraya aid edilmir. Qeyd edildiyi kimi, yerli özünüidarəetməyerli ərazi vahidi əhalisi və həmin əhali tərəfindən seçilən orqanlar tərəfindən yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı həyata keçirilən fəaliyyətdir. Deməli, yerli özünüidarəetmə fəaliyyət formasıdır. Bu fəaliyyət yerli əhəmiyyətli məsələlərin həlli ilə əlaqədar həyata keçirilir. Bu fəaliyyəti həyata keçirən subyekt qismində yerli ərazi vahidinin əhalisi və bu əhalinin təşkil etdiyi yerli özünüidarəetmə orqanı çıxış edir. Bələdiyyə yerli ərazi vahidinin əhalisi tərəfindən yerli əhəmiyyətli məsələləri həll etmək üçün təşkil olunan seçkili kollektiv təsisatdır, yəni yerli özünüidarəetmə fəaliyyətini həyata keçirən seçkili orqandır. 

Azərbaycan qanunvericiliyinə görə, yerli özünüidarəetmə xalq hakimiyyətinin bir formasıdır. Xalq hakimiyyət öz hakimiyyətini bilavasitə və nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında öz hakimiyyətini təkcə bələdiyyələr vasitəsilə deyil, həmçinin bilavasitə həyata keçirmək hüququna malikdir. O, bu hüququnu yerli referendum, rəy sorğusu, yerli yığıncaqlar, bələdiyyələrə seçkilər və s. vasitəsilə həyata keçirir.  AR Konstitusiyası yerlərdə özünüidarəetmənin təşkili qaydasını müəyyən edir. Bələdiyyələr seçkilər əsasında yaradılır. AR-nın Seçki Məcəlləsi bələdiyyələrə seçkilərin əsaslarını müəyyən edir.  Bələdiyyələrin statusunun əsasları AR-nın Konstitusiyası ilə bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. "Bələdiyyələrin statusu haqqında" AR-nın 2 iyul 1999-cu il qanununa  əsasən yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər. Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin öyrənilməsidir. Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Yerli rəy sorğusu bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir. Bunun üçün yerli rəy sorğusuna çıxarılan məsələnin lehinə həmin ərazidə səsvermə hüququ olan vətəndaşların azı 10% -nin imzası toplanmalıdır. Yerli rəy sorğusunu keçirmək təşəbbüsü həyata keçirmək üçün sorğuda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupunun yaradılması nəzərdə tutulur. Təşəbbüs qrupu müvafiq ərazi rəy sorğusu komissiyasında qeydiyyata alınır və səlahiyyətli nümayəndəyə qeydə alınma barədə şəhadətnamə verilir. Təşəbbüs qrupu qeydiyyat haqqında şəhadətnaməni aldığı andan 30 gün ərazində sorğuda iştirak etmək hüququ olan vətəndaşların imzalarını toplayıb, ərazi rəy sorğusu komissiyasına təqdim edir. Ərazi rəy sorğusu komissiyası imza vərəqələri təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların qanunvericiliyə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Yerli rəy sorğusu keçirilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən 30 gündən tez və 60 gündən gec olmayaraq keçirilir.  Yerli rəy sorğusunda vətəndaşların səs verməsini və səslərin hesablanmasını təşkil etmək üçün müvafiq ərazi rəy sorğusu komissiyası tərəfindən səsvermə gününə ən geci 30 gün qalmış yerli rəy sorğusu məntəqələri yaradılır. Yerli rəy sorğusunda hər bir vətəndaş bir sorğu bülleteni alır. Yerli rəy sorğusu günü səsvermə saat 8- dan 20-dək keçirilir. Yerli rəy sorğusuna çıxarılan məsələ o halda qəbul edilmiş sayılır ki, yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların azı 25%-i iştirak etsin və səsvermədə iştirak etmiş vətəndaşların yarısından çoxu yerli rəy sorğusuna çıxarılan məsələnin "lehinə" səs versin. Yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı beş gün ərzində elan olunur. Göründüyü kimi yerli özünüidarəetmə orqanına keçirilən seçkilər demokratik prinsiplərə əsaslanır ki, bu da ölkədə siyasi plüralizmin bərqərar olduğunun bariz nümunəsidir. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31