Polkovnik Ramaldanov: "Heç kimin ehtimallarla cəmiyyətdə yanlış fikirlər yaratmağa haqqı yoxdur"

Bir balaca düşüncəsi, anlayışı olan, bu cür məsələlərdən başı çıxan adam heç vaxt Xızıdakı hərbi hissədəki partlayış barədə özündən "təsadüfi deyil", "təxribatdır" və ya "içimizdə ermənilərə işləyənlər törədiblər" deməz. Bu barədə  hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 27-də Xızıdakı N saylı hərbi hissənin silah anbarında baş vermiş partlayışla bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış qeyri-rəsmi məlumatlara münasibətində bildirib.

Veretan hərbçinin sözlərinə görə, hadisə barədə dəqiq məlumatı olmadan özündən ehtimallar irəli sürmək olmaz: "Əvvəla, bununla hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olurlar. Rəsmi orqanların marağındadır ki, onun səbəbini tezliklə bilsinlər. Birincisi, ona görə ki, onların qarşısı alınsın və gələcəkdə belə hadisələr təkrar olunmasın. İkincisi, bunu müəyyən edə biləcək istər texniki vasitələr, istərsə də lazımi məlumatlar məhz dövlət orqanlarının əlindədir. Məhz onlar ekspertiza, laboratoriya və təhqiqatlardan tutmuş lazımi addımları ata bilən, hərtəfəli məlumatlandırılan, rəy verməyə hüquqi cəhətdən haqqı olan, sonda yekun nəticə çıxaran səlahiyyətli orqanlardır. Onlara hörmətsizlik etməyə isə heç kimin ixtiyarı yoxdur".

Ekspert qeyd edib ki, belə hadisələr dünyanın, demək olar ki, istənilən ölkəsində baş verir: "Müasir silah və sursatları texniki cəhətdən qiymətləndirsək, bilirik ki, onlar çox həssasdırlar. Xüsusən də, raket qurğuları, onların mərmiləri və s. Şəxsən mən rəsmi orqanların açıqladığı bütün məlumatları oxumuşam. Hesab edirəm ki, onlar real vəziyyəti ictimaiyyətə daha düzgün və əsaslandırılmış şəkildə çatdırırlar, nəinki hansısa deputat, yaxud bundan populyarlıq qazanmaq istəyən hansısa digər şəxslər".

Ona görə də polkovnikin fikrincə, rəsmi, yekun rəy olmadan heç kimin özündən ehtimallar səsləndirib cəmiyyətdə yanlış fikirlər yaratmağa haqqı yoxdur: "Belə fikirləri səsləndirənlər heç bilmirlər o anbarlar hansı rejimdə mühafizə olunur, orada hansı şərait var. O anbarlara heç kim kənardan elə-belə girə bilməz. Onlar temperatur rejiminin tutmuş digər məsələlərə kimi qorunan, daim diqqət altında olan anbarlardır. Bunlar heç də tökülmüş, sökülmüş anbarlar deyil.
İndi hadisə ilə bağlı araşdırmaların nəticələsini gözləmək lazımdır. Hələlik isə rəsmi orqanların açıqladığı məlumatlara və rəylərə hörmətlə yanaşmalıyıq". Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31