Gündəm

Meteohəssas insanlar üçün TƏHLÜKƏ

28 Avqust 2017 12:55

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 21-25°, gündüz 30-35° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Xoşqədəm: "Heç bir kişiyə belə ölüm arzulamıram"

28 Avqust 2017 12:53

Aparıcı Xoşqədəm Hidayətqızı ötən gün sevgilisi tərəfindən güllələnərək ölən Vatan Şaşmazdan yazıb. Aparıcı bildirib ki, mərhumla ötən il tanış olublar və dostluq münasibətləri olub: "Dünən ölüm xəbərini aldıq və çox pis olduq. Onunla tanışlığımız Antalyada 15 iyul mitinqində olmuşdu. Bizi Doğuş tanış etmişdi. Gülərüz, zarafatçıl biri idi. Həyat yoldaşı Yaseminə çox pis oldum, sevdiyi insanı itirdi. Bir qadın üçün həyat yoldaşının və sevdiyi şəxsin otel otağında sevgilisi tərəfindən öldürülməsi xəbərini almaq nə qədər ağırdır... 

ABŞ-ın viza vermədiyi iranlı nazir Türkiyədə öldü

28 Avqust 2017 12:50

İranın keçmiş xarici işlər naziri İbrahim Yezdi Türkiyənin İzmir şəhərindəki xəstəxanada vəfat edib. 1979-cu ildə İslam İnqilabından sonra İranın ilk xarici işlər naziri olan Yezdi son illər mədəaltı vəz xərçəngindən əziyyət çəkirdi.

Ququş Azərbaycana gələ bilməməsinin səbəbini izah etdi

28 Avqust 2017 12:48

Azərbaycanın əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib. 

Azay Quliyev: "Terrorizmlə mübarizədə bütün dövlətlər səylərini birləşdirməlidirlər"

28 Avqust 2017 12:43

Astanada Elm və Ümumdünya Məsələləri üzrə 62-ci Paqouş konfransı keçirilir. Qazaxıstan parlamenti Senatının və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda konfransda 46 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.

TERROR – 13 nəfər həlak  oldu

28 Avqust 2017 12:43

Əfqanıstanın cənubunda yerləşən Helmand vilayətində terror hadisəsi qeydə alınıb. “Olaylar” Anadolu agentliyinə istinadən bildirir ki, canlı bomba təhlükəsizlik qüvvələrini və silahları daşıyan avtomobilə yaxınlaşaraq özünü partladıb.  Partlayış zamanı 13 nəfər həlak olub, 19 nəfər ağır yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım qüvvələri cəlb olunub.

Bakıda yeni "dəb": Taksilər dini təbliğat vasitəsinə çevrilib

28 Avqust 2017 12:40

Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat avtobus və metrodur. Lakin gedəcəyimiz ünvana tələsiriksə, ilk ağlımıza gələn taksi olur. Yəni işi sərnişini ünvana təcili çatdırmaqdı. Ancaq son vaxtlar bu işin üzərinə bir "iş" də gəlib: Dini təbliğat. Bu hallara ən çox Bakıətrafı kəndlərə və Sumqayıta işləyən taksilərdə rast gəlinir.

Mübariz Əhmədoğlu: "Hoqland ermənilərin bütün arzularını puça çıxardı" 

28 Avqust 2017 12:37

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş “çərçivə sazişinin” altı maddəsini açıqladı. Açıqlanan prinsiplərdə Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakına dair heç bir eyham yoxdur. Bütün hallarda iki tərəfdən söhbət gedir.

Səlim Müslümov Samux rayonunda sakinlər ilə görüşüb

28 Avqust 2017 12:36

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Samux  rayonunda bu rayonun, Daşkəsən, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Azərbaycanda  bələdçi qızı ağladaraq ərəblərə 617 manatlıq hesabı ödətdirdilər

28 Avqust 2017 12:30

Azərbaycan rayonlarından birində xoşagəlməz hadisə baş verib.  Turizm şirkətlərindən birindən “BAKU.WS”ə verilən məlumata görə, 10-u böyük, 5-i uşaq olmaqla 15 nəfərlik ərəb turistdən ibarət qrupa Qəbələyə tur təşkil edilib. Yolda turistlər “Unikal” restoranında qəlyanaltı etmək qərarı verib. Ərəb turistlərə bu qəlyanaltı 617 manata başa gəlib: “Bələdçi əvvəlcə ofisiantlardan menyu soruşub və cavabında menyu olmadığını bildiriblər. Sonra kababın qiyməti ilə maraqlanıblar. Cavab verdilər ki, bir porsiya 11 manatdır. Ərəblər yemək sifariş verib və daha sonra hesab istəyiblər. Sonda 617 manatlıq hesab gəlib. Qiymətlər qəbzdə göstərilib”.

Azər Həsrət: “Sensasiya dalınca qaçanlar çağırışa məhəl qoymadılar” 

28 Avqust 2017 12:26

Ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verdi. Nəticədə ərazidə partlama müşahidə olundu. Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət  açıqlamasında deyib: "Dünən mən sosial şəbəkələrdə bu haqda yazıb çağırış etdim ki, Müdafiə Nazirliyindən başqa heç bir qurumun açıqlamalarını yaymayaq. Amma təəssüflər olsun ki, sensasiya dalınca qaçanlar bu çağırışa məhəl qoymadılar. Mən özüm də o ərazidən keçmişəm, durumun bir hissəsini görmüşəm, amma heç bir çəkiliş aparmadan, heç bir açıqlama vermədən rəsmi açıqlamanı gözləmişəm.

Ekspert: “Media Nazirliyin verdiyi rəsmi xəbərlər çərçivəsindən çıxmamalıdır”

28 Avqust 2017 12:25

"Son 3 ildə ölkəmizədə hərbi sahədə baş verən proseslərlə bağlı Müdafiə Nazirliyi rəsmi təlimatlar yaydı. İstər 2014-cü il avqust hadisələri, istərsə də 2016-cı il aprel hadisələri zamanı mediada baş verən bəzi neqativ hallarla bağlı ciddi iradlar söylənildi, təlimatlar da verildi. Bu günlərdə silah anbarında baş vermiş partlayışla bağlı bəzi media qurumlarında yanaşma tərzi başadüşülən deyil". Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

Nazdan qol vuran Ndlovuya cavab: "Get güzgüdə özünə bax"

28 Avqust 2017 12:23

Türkiyədəki evlilik verilişinə qatıldıqdan sonra fotoları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila ( Müşginaz) "Kopenhagen" - "Qarabağ" qarşılaşması ilə bağlı vəd vermişdi. O bildirmişdi ki, "Qarabağ" qalib gələrsə, qol vuran futbolçunu Türkiyəyə dəvət edəcək.

Silah anbarında yanğınla bağlı hərbi hissənin ərazisində yaradılmış qərargahın toplantısı keçirilib

28 Avqust 2017 12:20

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib. 

Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olacaq

28 Avqust 2017 12:15

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.