Ekspert: “Media Nazirliyin verdiyi rəsmi xəbərlər çərçivəsindən çıxmamalıdır”

"Son 3 ildə ölkəmizədə hərbi sahədə baş verən proseslərlə bağlı Müdafiə Nazirliyi rəsmi təlimatlar yaydı. İstər 2014-cü il avqust hadisələri, istərsə də 2016-cı il aprel hadisələri zamanı mediada baş verən bəzi neqativ hallarla bağlı ciddi iradlar söylənildi, təlimatlar da verildi. Bu günlərdə silah anbarında baş vermiş partlayışla bağlı bəzi media qurumlarında yanaşma tərzi başadüşülən deyil". Bunu  internet-media eksperti Səbuhi Abbasov deyib.

"Sanki bu bizim müdafiə sisteminə aid xəbər yox, şou biznes məsələsidir. Elə strateji istiqamətlər var ki, orada IP ən son meyar kimi dəyərləndirilməlidir. Bugün Qarabağın sevinci fonunda belə bir hadisənin tirajlanması düşmənə yalnız və yalnız sevinc bəxş edir. Media Müdafiə Nazirliyinin verdiyi rəsmi xəbərlər çərçivəsindən çıxmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31