Azər Həsrət: “Sensasiya dalınca qaçanlar çağırışa məhəl qoymadılar”
Ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verdi. Nəticədə ərazidə partlama müşahidə olundu. Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət açıqlamasında deyib: "Dünən mən sosial şəbəkələrdə bu haqda yazıb çağırış etdim ki, Müdafiə Nazirliyindən başqa heç bir qurumun açıqlamalarını yaymayaq. Amma təəssüflər olsun ki, sensasiya dalınca qaçanlar bu çağırışa məhəl qoymadılar. Mən özüm də o ərazidən keçmişəm, durumun bir hissəsini görmüşəm, amma heç bir çəkiliş aparmadan, heç bir açıqlama vermədən rəsmi açıqlamanı gözləmişəm.
28 Avqust 2017 12:26 SiyasətÖtən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verdi. Nəticədə ərazidə partlama müşahidə olundu. Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət açıqlamasında deyib: "Dünən mən sosial şəbəkələrdə bu haqda yazıb çağırış etdim ki, Müdafiə Nazirliyindən başqa heç bir qurumun açıqlamalarını yaymayaq. Amma təəssüflər olsun ki, sensasiya dalınca qaçanlar bu çağırışa məhəl qoymadılar. Mən özüm də o ərazidən keçmişəm, durumun bir hissəsini görmüşəm, amma heç bir çəkiliş aparmadan, heç bir açıqlama vermədən rəsmi açıqlamanı gözləmişəm.
Sadəcə təəssüf edirəm ki, insanlarımız hələ də belə məsələlərin ciddiyyətini anlamırlar. Kimisi bilərəkdən, kimisi də bilmədən görüntülər paylaşmaqla düşmən dəyirmanına su tökür. Ona görə də dünən mümkün qədər çalışdıq ki, bu əməlləri əngəlləyək. Amma yetərincə bacara bilmədik. İndi prokurorluq çağırıb belə adamlara xəbərdarlıq etsə, deyəcəklər ki, mətbuata basqı var. Axı söhbət burada hərbi məsələdən gedir və hər yerindən duran gördüyünü, eşitdiyini paylaşmamalıdır. Bizim insanlarımız nə vaxt bunu anlayacaqlar?". Sia.az