Gündəm
Müdafiə Nazirliyi: “Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir”
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib. “Olaylar” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.
Füzuli Rayon İcra başçısı ermənilərin öldürdüyü Zəhranın atasını aldatdı: "Bunu da etdilər"
Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb. Rayon icra hakimiyyətinin "Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.
İngiltərəni duman bürüdü: 133 nəfər zəhərləndi
İngiltərənin cənub sahillərində yerləşən Eastburn bölgəsi qaz buludunun altında qalıb. Bölgədə 100-dən çox insan qusma, nəfəs çatışmazlığı və göz yanması kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Şərqi Sussex bölgəsində ortaya çıxan qaz buludunun kimyəvi sızmadan yarandığı ehtimal edilir. Sussex polisi kimyəvi buludun qaynağının hələ də tapılmadığını açıqlayıb.
Əncir ağacından yıxılaraq ölüb
Maştağa qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb. Qəsəbə sakini, 1964-cü il təvəllüdlü Xalıb Bahadur oğlu Xalıbov əncir ağacından yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən “Olaylar”a verilən məlumata görə, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb.
Ali məktəblərə qeydiyyat bu gün başa çatır
Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-də başa çatır.
Elektravoz 6 yaşlı uşağı vurub
Bakının Nərimanov rayonu ərazisində uşağı elektrovoz vurub. Məlumata görə, hadisə 2011-ci il təvəllüdlü Qasımov Yusif Nazim oğlu Keşlə qəsəbəsindən keçən dəmiryol relslərinin üzərində oynayarkən baş verib.
"Aşkı memnu"nun məşhur aktrisasından ÜZÜCÜ XƏBƏR: Ağır xəstəliyə tutuldu
Məşhur serial "Aşkı memnu"dan tanıdığımız gənc aktrisa Hazal Kaya xəstəlikdən əziyyət çəkir. Tanınmış aktrisanın xəstəliyi getdikcə ağırlaşır. Diabetdən əziyyət çəkən gənc aktrisa xəstəliyinə görə müalicə alır. Çəkisi artan Hazal Kaya eyni zamanda idmana başlayıb. Aldığı çəkiyə görə ətrafdakıların onu qınaması Hazalın əsəblərini tarıma çəkib.
Gömrükçülər mobil telefonlar müsadirə ediblər
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21074” markalı avtomobilə gömrük baxışı keçirilib.
Nazirlik açıqladı – 34 terrorçu zərərsizləşdirildi
Türkiyə Daxili İşlər Nazirliyi bir həftə ərzində terrorçulara qarşı keçirilən əməliyyatın nəticələrini açıqlayıb. “Olaylar” bildirir ki, həyata keçirilən əməliyyatlar zamanı 24 terrorçu məhv edilib, 10 terrorçu isə təhlükəsizlik qüvvələrinə təslim olub.
Turizm bölgəsində təhlükəsizlik əməliyyatı
Türkiyənin Muğla vilayətinin Bodrum bölgəsində təhlükəsizlik qüvvələrinin iştirakı ilə əməliyyat həyta keçirilib. “Olaylar” bildirir ki, 250 polisin iştirakı ilə gecə klublarında təşkil olunan əməliyyatın məqsədi Türkiyənin turizim bölgəsində təhlükəsizliyi təmin etmək olub.
Teatrın səhnəsinə çıxdı, tamaşaçıları atəşə tutdu
CAR-ın paytaxtı Yohannesburqda bir nəfər teatrın səhnəsindən tamaşaçılara atəş açıb. İnsident "Hillbrow Theatre" səhnəsində musiqi qrupunun çıxışı zamanı baş verib.
"Real" yeni rekorda imza atıb
"Real" yeni rekorda imza atıb. Madrid klubu Avropanın 5 böyük liqasının klubları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub. "Real" son olaraq La Liqanın 3-cü turunda "Valensiya"ya qarşı matçda (2:2) iki qol vurub.
Silah anbarındakı partlayış nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb
Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda 3 yaşayış evi qəzalı vəziyyətə düşüb. Yaşayış evlərindən 2-si Giləzi, 1-i isə Şuraabad kəndində yerləşir.
Silah anbarında partlayışda yaralananlardan sonuncusu evə buraxıldı
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışda yaralananlardan sonuncusu da evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən gün baş verən hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alan 6 nəfər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra dünən buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılıb. Daha sonra isə xəstəxanadakı sonuncu yaralı da buraxılıb.














