Gündəm
Torpaqlar azad edilməsə... - Rusiyaya qarşı ABŞ-ın MƏHVEDİCİ PLANI
“Rusiya Donbasda vəziyyəti dondurmaq istəyir. Ancaq bunun Moskva üçün ciddi beynəlxalq nəticələri olacaq”. Bunu Ukrayna üzrə ABŞ-ın xüsusi nümayəndəsi Kurt Volker deyib. Amerikalı diplomat güman edir ki, Rusiya Ukraynanın şərqindəki münaqişənin dondurulmasında maraqlıdır. “Bu halda Rusiya Federasiyası tam təcrid vəziyyətində olacaq. Ölkə diplomatik və iqtisadi münasibətlər sistemindən atıla bilər”, - Volker bildirib. O həmçinin qeyd edib ki, Ukrayna problemi Rusiya və ABŞ arasında konstruktiv dialoqun qurulmasına mane olur. Volkerin fikrincə, Ukrayna problemi həll edilmədiyi müddətdə Rusiya-Amerika münasibətləri normallaşmayacaq.
Məşhur rejissor vəfat etdi
Qorxulu filmlərin əfsanəvi rejissoru Tobe Hooper Los Ancelesdəki evində 74 yaşında vəfat edib. Rejissorun ölüm səbəbi açıqlanmayıb. “Olaylar” bildirir ki, Hooper “Texas qətliamları” filmi ilə məşhurlaşıb. Ssenarist, prodüser və rejissor kimi tanınan Hooper 1943-cü ildə Texas ştatının Ostin şəhərində anadan olmuşdu. 1960-cı illərdə kariyerasına operator kimi başlayıb.
“Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı nəşr edildi
“Elm və təhsil” nəşriyyatında Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı çapdan çıxıb. “Olaylar” bildirir ki, yeni nəşr Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər ilk prezidenti olmuş Mustafa Kamal Atatürk haqqındadır. Kitabda Mustafa Kamalın inqilabları, yazdığı əsərlər, geyim stili, çıxışları, məşhur sözləri, qatıldığı müharibələr, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub. Əsərdə böyük Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.
"Arvadıyla boşanmasa onu öldürəcəyəm"- Məşhur aparıcının ölümünün təfərrüatlar
Sevgilisi tərəfindən otellərin birində güllələnən məşhur aparıcı Vatan Şaşmazın ölümünün təfərüatları ortaya çıxıb. Hadisəni törədən model Filiz Aker 10 ildir aparıcıdan əl çəkmirmiş. Belə ki, Aker Vatan Şaşmazla 2009-cu ildə qısa bir müddət bərabər olub. Aralarında anlaşa bilməkidləri üçün ayrılıblar. Lakin Model Vatan Şaşmazdan əl çəkməyib. Davamlı zəng edərək onu sevdiyini və evlənmək istədiyini bildirib. Model hisslərinə cavab almadığı üçün davamlı intihar edəcəyini bildirib. Hətta 2011-ci ildə dərman içərək intihara cəhd edib.
Hər il dünyada 1 milyon 500 min uşaq zorakılığa məruz qalır
Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi son günlərdə Azərbaycanda uşaqlara qarşı törədilən zorakılığa etiraz olaraq bəyanat yayıb. Birliyin bəyanatında deyilir: “Uşaqların zorakılığa məruz qalması faciədir. Son günlər yerli mediada uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması xəbərləri cəmiyyəti narahat etməkdədir. Beyləqanda 12 yaşlı qızın da bu cür hadisə ilə qarşılaşması xəbəri diqqəti qız uşaqları və yeniyetmələrin zorakılıqdan müdafiə edilməsi və bu sahədə ciddi maarifləndirmə işlərinin artırılmasını zəruri edir. Muşahidələrimiz onu göstərir ki, son iki ayda mətbuat vasitəsilə belə hadisələrə daha çox rast gəlinir.
Ramil Quliyevdən XƏBƏR
Türkiyə atletika tarixinin ilk dünya çempionu olan azərbaycanlı Ramil Quliyev Berlində keçirilən ISTAF oyunlarında gümüş medal qazanıb. "Olaylar" bildirir ki, Ramil Quliyev yüngül atlet kişilər arasında 100 metr məsafəyə qaçış üzrə yarışı 10.09 saniyəlik nəticə ilə ikinci sırada tamamlayıb.
Körpəsini diri-diri basdırdı: "Ailəm onu istəmirdi"
25 yaşlı qadın ailəsinin qorxusundan yeni doğulan körpəsini diri-diri basdırıb. Cənubi Afrikada zavodda işləyən qadın hər kəsdən gizli dünyaya gətirdiyi qızını ölümə tərk edib. Zavod işçiləri yaxınlıqda uşaq səsi eşidib və gördükləri mənzərə qarşısında şoka düşüblər. Uşağı təcili xəstəxanaya aparan işçilər onun anasını tanıdıqlarını deyiblər. Polisə ifadə verən qadın bildirb ki, körpənin anası onlarla birlikdə zavodda işləyib: "Onun 4 yaşlı bir qızı var. Qızın ailəsi ikinci uşaq istəmədiyi üçün o, uşağı öldürmək istəyib. Uşağın 3 gün ərzində torpaq altında sağ qalması isə möcüzədir".
Partlayışa görə təxliyə olunan sakinlər evlərinə qaytarılır
Azərbaycan Müdafiə Nazirliyinin N Saylı hərbi hissəsində yanğın və partlayış səbəbindən təxliyə olunan yaşayış məntəqələrinin sakinləri öz evlərinə qaytarılıb. Azərbaycan Respublikası Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun birgə bəyanatında hadisə yerində yanğının lokallaşdırıldığı və daha böyük ərazidə partlayışın qarşısı alındığı bildirilir. Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan müdafiə nazirliyinin n saylı hərbi hissəsində silah-sursat anbarında yanğın baş verib.
"Qırmızı bağ" üç mükafata layiq görüldü
Ssenari müəllifi və rejissoru Mirbala Salimli olan "Qırmızı bağ" bədii filmi Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında üç "Altın kemaça" mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, aktrisa Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif edilib.
Bələdiyyə sədri konsertdən qovuldu
Müğənni Sertab Erener Çatalcada verdiyi konsert zamanı əsəbiləşib. İfaçı mahnı oxumaq istədiyi vaxt rayonun bələdiyyə başçısı səhnəyə çıxıb və tamaşaçılardan səhnədən uzaqlaşmağı xahiş edib. Başçının bu sözlərinə əsəbləşən sənətçi səhnəni tərk edib. Tamaşaçılar da rəhbərin sözlərinə qarşı çıxamağa başlayıb. Lakin bəkədiyyə başçısı “Bu konserti təşkil edən mənəm. Mənim sözüm keçərli olmalıdır. Bir-birimizə hörmət edək” deyib.
Sevgilisi aktyoru qətlə yetirdi
İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silah yarası almış 1 qadın və 1 kişi meyiti aşkar edilib. "Olaylar" Türkiyə mətbuatına istinadən bildirir ki, araşdırma zamanı məlum olub ki, qətlə yetirlən məşhur aktyor və teleaparıcı Vatan Şaşmazdı. Aktyor sevgilisi Filiz Aker tərəfindən qətlə yetirilib. Vatan Şaşmazdan üç dəqiqə sonra onun qaldığı otağa daxil olan Filiz, sevgilisini qətlə yetirdikdən sonra intihar edib. O, keşmiş sevgilisinin kürəyinə dörd güllə sıxaraq, özünü də başından vurub.
Okeanda yeni canlı növləri tapıldı
“Reports” elmi-tədqiqat jurnalında dərc olunan tədqiqat işində Hind okeanının dərinliklərində isti su mənbələri yaxınlığında 6 yeni canlı növünün kəşf edildiyi bildirilir. İngilis tədqiqatçıları tərəfindən aşkar olunan yeni canlılar arasında açıq qəhvəyi rəngli xərçəng, dəniz ilbizi, okean soxulcanı və qum qurdu növləri var.
Avstriyada 5 alpinist ölüb
Avstriyanın Zalsburq əyalətində dağlarda bədbəxt hadisə nəticəsində 5 nəfər həlak olub, 1 ağır xəsarət alıb. Bu haqda ORF telekanalı xəbər verir.
Silah anbarındakı yanğın lokallaşdırılıb, partlamamış sursatlar zərərsizləşdirilir
Bu gün saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib. Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı birgə məlumatında bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.
Naz evlilik verilişini ifşa etdi: "Hamısı yalan idi, pul alırdım"
Evlilik verilişinin məşhur simalarından olan azərbaycanlı gəlin Naz Mila bu dəfə açıqlamaları ilə gündəm olub. O, proqramın yalanlar üzərində qurulduğunu və iştirakçıların oradan pul qazandıqlarını etiraf edib.


.jpg)











