“Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı nəşr edildi
“Elm və təhsil” nəşriyyatında Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı çapdan çıxıb. “Olaylar” bildirir ki, yeni nəşr Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər ilk prezidenti olmuş Mustafa Kamal Atatürk haqqındadır. Kitabda Mustafa Kamalın inqilabları, yazdığı əsərlər, geyim stili, çıxışları, məşhur sözləri, qatıldığı müharibələr, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub. Əsərdə böyük Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.
28 Avqust 2017 10:29 Mədəniyyət"Elm və təhsil" nəşriyyatında Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə "Mustafa Kamal Atatürk. Zəfər sirləri" kitabı çapdan çıxıb. "Olaylar" bildirir ki, yeni nəşr Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər ilk prezidenti olmuş Mustafa Kamal Atatürk haqqındadır. Kitabda Mustafa Kamalın inqilabları, yazdığı əsərlər, geyim stili, çıxışları, məşhur sözləri, qatıldığı müharibələr, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub. Əsərdə böyük Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.
Kitabın elmi redaktoru, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.