Gündəm
Silah anbarında yanğın və partlayışla əlaqədar cinayət işi başlanıb
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.
ANAMA silah anbarında partlayışla bağlı hadisə yerinə ilkin baxış keçirir
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) çevik əməliyyat qrupu ANAMA icraçı direktoru Qəzənfər Əhmədov başda olmaqla hadisə yerinə gəlib.
Bakı-Quba avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti tam məhdudlaşdırılmış Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Saat 15:50 radələrindən başlayaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qismən bərpa olunub.
"Hizbullah" və Suriya ordusu İŞİD-ə qarşı Livanla sərhəddə hücumu dayandırıblar
Livanın "Hizbullah" hərəkatı və Suriya ordusu "İslam dövləti" terrorçu qruplaşmasına qarşı Livanla sərhəddə hücumun dayandırılmasını elan ediblər. Bu haqda Reyter agentliyi xəbər verir. "Əl Manar" telekanalının məlumatına görə, atəşkəs Bakı vaxtı ilə saat 08.00-da qüvvəyə minir.
Silah anbarında yanğın davam edir, sursatların evlərdə və boş ərazilərdə səbəb olduğu yanğınlar isə söndürülüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gedib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir. Yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur. Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb. Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb. Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovnazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.
Silah anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayışda yaralanan altı nəfərin adı məlum olub. 1995-ci il təvəllüdlü Hüseynov Kamran Rasim oğlu, 1976-cı il təvəllüdlü Abbasov Nəsimi Bibiqulu oğlu, 1978-ci il təvəllüdlü Ağayev Məhəmməd Ağarza oğlu, 1967-ci il təvəllüdlü Cəbrayılov Vidadi Talıb oğlu, 1990-cı il təvəllüdlü Məmmədyarov Samir Fazil oğlu və 1964-cü il təvəllüdlü Dəmirov Əlverdi Alış oğlu qəlpə yaraları ilə Siyəzən Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti dayandı
Emin Ağalarov Mehriban Əliyevanı belə TƏBRİK ETDİ
Müğənni-bəstəkar Emin Ağalarov da birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Müğənni sosial media hesabında M.Əliyevanın fotosunu paylaşaraq təbrikini belə ifadə edib: “Dünyanın ən möhtəşəm birinci xanımı, ad gününüz mübarək! “Jara” musiqi festivalının keçirilməsində verdiyiniz böyük dəstəyə görə sonsuz təşəkkür edirəm”.
DYP-dan sürücülərə XƏBƏRDARLIQ
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, bütün növ yük və avtobus tipli avtomobillər təyin edilmiş qrafikə uyğun qaydada texniki baxışdan keçməlidir: “Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib.
Mehriban xanım Əliyevanın nəcib layihə və təşəbbüsləri ölkəmizdə sosial müdafiə siyasətinin güclənməsinə mühüm töhfələr verir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş firavanlığının təminatına xidmət edən sosial inkişaf kursu əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, sosial cəhətdən həssas qruplardan olan digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradıb. Qeyd olunan insanlara diqqət və qayğının artırılmasında, onların hərtərəfli təminatında və reabilitasiya xidmətləri ilə əhatə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nəcib layihə və təşəbbüsləri xüsusi önəm kəsb edir.
Güləş tarixində ilk – Üçqat dünya çempionumuz oldu
Fransanın paytaxtı Parisdəki dünya çempionatında sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 61 kq çəkidə mübarizə aparan həmyerlimiz 1/16 final mərhləsində Alibek Osmonovu (Qırğızıstan) 8:0, 1/8 finalda Rinya Nakamuranı (Yaponiya) 10:1, 1/4 finalda Mikola Bolotnjuku (Slovakiya) – 10:0, yarımfinalda isə Yovlis Bonne Rodrigezi (Kuba) – 10:0 hesabı ilə məğlub edib.
Səfir etimadnaməsini təqdim etdi
İqamətgahı Brasiliya şəhərində olan Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Surinam Respublikasının Prezidenti cənab Desire Delano Bouterseye təqdim edib. "Olaylar" bildirir ki, görüş zamanı Prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləmiş və səfir Poluxova işində uğurlar arzuladı.
Səfir nazirliyə çağırıldı
Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Türkiyədə həbs olunan iki İsveç vətəndaşı ilə bağlı hökumətin narahatlığı çatdırılıb. Bu barədə İsveç XİN rəhbəri Marqot Vallström Feysbuk hesabında bildirib.
Nə məktəbə getdi, nə də işə: elə bir şey etdi ki, 18 yaşında milyonçu oldu
Müəllimlərinə nifrət edən və milyonçu olacağı təqdirdə məktəbə getməyəcəyi barədə 12 yaşında ailəsi ilə razılığa gələn Erik Finmanın qeyri-adi həyatı hər kəsi heyrətləndirir. 12 yaşında Bitcoini özü üçün E.Finman adlı uşaq 18 yaşında artıq 1 milyon sərvətin sahibi olub. 12 yaşında ikən məktəbdəki təhsildən narazı olan Finman ailəsi ilə qeyri-rəsmi müqavilə bağlayır. Belə ki, o, 18 yaşına çatanda öz sərmayəsi ilə 1 milyon dollar qazanacağı təqdirdə universitetə getməyəcəyinə dair onların razılığını alır. O, müəllimlərinin aqressiv və əsəb pozucu münasibətlərindən bezdiyi üçün bunu etdiyini bildirib. Ailəsi əvvəlcə onun təklifini qəbul etməsələr də, sonradan əlindəki pulu yaxşı bir şəkildə işlətdiyini görüb, razılaşırlar.










.jpg)



