Gündəm

İlin ən çox qazanan aktyoru kimdir? 

25 Avqust 2017 20:15

“Forbes” jurnalı ilin ən çox qazanan aktyorlarının adını açıqlayıb.  Reytinqin 10-cusu 35.5 milyon dollarla hind aktyoru Aşay Kumardır. 

Amerikalı alimlərdən xəbərdarlıq: “Ağıl dişlərini çəkdirməyin” – Nəticə sizi təəccübləndirəcək!

25 Avqust 2017 20:00

Amerikalı alimlər iddia edib ki, ağıl dişlərini çıxartmaq lazım deyil! Əldə olunan nəticə hər kəsi təəccübləndirəcək. Stomatoloqların əksəriyyəti ağıl dişlərinin lazım olmadığını əsas gətirərək onları çəkdirməyi məsləhət görür. Bəs onlar haqlıdır?

Görkəminə görə daha çox ödəniş etməyə məcbur oldu

25 Avqust 2017 19:53

Kanadanın Kvebek şəhərində “Aux Anciens Canadiens” restoranı bir müştəridən Asiya görkəminə görə əlavə pul tələb edib. Vankuverdə yaşayan çin əsilli Kanada vətəndaşı Melvin Pan başına gələn hadisənin absurdluğu haqda danışıb. Pan “Aux Anciens Canadiens”da öz rəfiqəsi ilə birlikdə şam edirmiş. Hesab gələndə məlum olur ki, çekə ümumi məbləğin 15 faizi qədərində əlavə xərc də yazılıb. Bu, Panı təəccübləndirir, lakin çekdə yazılanları tam ödəyərək restoranı tərk edir. Sonra o, internetdə sorğu edərək, bu yığımın “Aux Anciens Canadiens”in bütün müştərilərinə aid olub-olmadığını öyrənmək qərarına gəlir.

“Facebook” hər gün 1 milyondan çox hesabı bloklayır

25 Avqust 2017 19:48

Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" hər gün spam, fırıldaqçılıq və ya ədavət salan nəşrlərə görə 1 milyondan çox hesabı bloklayır. Bu haqda sosial şəbəkənin təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib.

2021-ci ilə fərdi kompüter bazarının həcmi 1,7% azalacaq

25 Avqust 2017 19:43

“International Data Corporation” (IDC) şirkətinin analitikləri tərəfindən tərtib edilmiş “Worldwide Quarterly Personal Computing Device Tracker” adlı hesabata görə, yaxın illərdə kompüter elektronikasının satış həcmi azalacaq.

İnternetə qoşulmadan işləyən sayt yaratdılar

25 Avqust 2017 19:38

Amerikalı Kris Bolin internetə qoşulmadan işləyən sayt yaradıb. Saytın əsas səhifəsində “Siz saytın məzmununu görmək üçün offlayna getməlisiniz” sözləri yazılır. Şəbəkədən çıxdıqdan sonra portalda məlumat pəncərəsi açılır. Bu pəncərədə müəllif daha məhsuldar olmaq istəyənlərə offlayna daha tez-tez getməyi məsləhət görür.

"Evlənmədən uşağımız olmağa da razıyıq" deyən Naza ŞOK

25 Avqust 2017 19:34

Bankir sevgilisi Cemre Bozer ailəsinin təzyiqinə qarşı çıxa bilməyəcəyini iddia edərək 34 yaşlı aktrisa Naz Elması tərk edib.  Emre Kıramer ilə 2015-ci ildə qurduğu ailə həyatı cəmi 6 ay çəkən Naz Elmasın Hakan Yıldız ilə münasibəti də uzun çəkməyib.

İsrailə getdi deyə tacı əlindən alındı

25 Avqust 2017 19:29

Livan gözəllik yarışmasının 2017-ci il qalibi Amanda Hannanın tacı əlindən alınıb. Buna səbəb modelin ötən il İsrailə getməsinin üzə çıxması olub. Livan vətəndaşlığından savayı, İsveç passportu da olan Amanda elmi konfransda iştirak etmək üçün İsrailə gedib. Lakin yarışmanın təşkilatçıları bunu öyrəndikdən bir həftə sonra İsrail ziyarəti ölkə qanunlarımıza ziddir" əsasını gətirərək Hannanı tituldan məhrum ediblər.

Sifətin tanınması texnologiyası bəşəriyyəti parol və açarlardan xilas edəcək

25 Avqust 2017 19:23

Parol və hər cür pin kodlar, barmaq izlərinin skaneri, kredit kartları, hətta mənzil və ya avtomobillərin açarları sifətin tanınması texnologiyasının tətbiqi ilə keçmişin bir hissəsinə çevriləcək.

2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi azalıb

25 Avqust 2017 19:18

5 ən iri planşet istehsalçısından 3-ü (“Apple”, “Huawei” və “Amazon”) ikinci rübdə satış həcmini artırmağa müvəffəq olublar. Bu, yeni modellərin qiyməti ilə izah edilir. Planşet bazarında yeni ucuz modellərin təqdim edilməsi bir müddət azalmanı ləngitsə də, amma 2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi ötən illə müqayisədə 3,4% azalaraq 37,9 milyon təşkil edib. Klaviaturalı planşetlərin satış həcmi, həmçinin azalıb, çünki istehlakçılar “Apple”, “Microsoft” və başqa aparıcı istehsalçılardan yeni modellər gözləyirdilər.

Təyyarəyə yerləşmədiyi üçün 80 kiloqram arıqladı

25 Avqust 2017 19:13

İngiltərəli 58 yaşlı Toni Uestavey təyyarəyə yerləşmədiyi üçün 2 dəfə arıqlayaraq 160-dan 80 kiloqrama düşüb.  2015-ci ildə məzuniyyəti zamanı tətil etmək qərarına gələn Toni səyahətinin ilk anından problemlə üzləşir. Aviaşirkətin əməkdaşları uzun müddət onu təyyarəyə oturda bilməyiblər.

Yaşından daha cavan görünmək üçün bu beş qaydaya əməl edin!

25 Avqust 2017 19:09

Zamanı nə cür dayandırmaq olar? Daha cavan görünmək üçün nə etmək lazımdır? Mütəxəssislərin fikrincə, cavan görünmək üçün beş əsas qaydaya riayət etmək mütləqdir. “Komsomolskaya pravda” saytı xəbər verir ki, yaşından daha cavan görünmək üçün beş sadə qaydaya riayət etmək kifayətdir.

İsveçrə firması 1 milyon dollarlıq mini-kompüter təqdim edib

25 Avqust 2017 19:04

İsveçrənin "Prime Computer" kompüter istehsalçısı "PrimeMini 3" mini-kompüterinin 1 milyon dollar məbləğində olan xüsusi versiyasını çıxarıb. Sözügedən mini-kompüter "Intel Core i5-6260U" prosessoru, daxili "Intel Iris Graphics 540" qrafik sürətləndiricisi, 8 QB-lıq "DDR4" əməli yaddaşı, 250 QB-lıq "Samsung EVO" SSD diski, "Wi-Fi 802.11ac", "Bluetooth" ilə təchiz edilib və "Windows 10 Home" sisteminin idarəetməsi altında işləyir.

Ansi Aqolli milliyə çağırıldı

25 Avqust 2017 19:00

Albaniya milli komandasının heyəti açıqlanıb. Baş məşqçi Kristian Panuççi "Qarabağ"ın müdafiəçisi Ansi Aqolliyə də dəvət gönədrib. Təcrübəli müdafiəçi sentyabrın 2-də Albaniyada Lixtenşteyn, 5-də isə səfərdə Makedoniya ilə keçiriləcək matçlar üçün milliyə çağırılıb.

Abşeronda evə basqın — Ev sahibini öldürüb, arvadını yaraladılar

25 Avqust 2017 18:55

Abşeronda dəhşətli qətl törədilib. Hadisə iki gün əvvəl rayonun Saray qəsəbəsi, "Üzümlük" adlanan ərazidə qeydə alınıb. Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.