Gündəm

"Azərbaycandan medalla qayıtmaq istəyirik"

25 Avqust 2017 18:50

"İstanbulda başladığımız təlim-məşq toplanışını Kartepedə davam edəcəyik. Çətin hazırlıq proqramı ilə işləyirik və Azərbaycana gedənə qədər heyətimizdə arabir dəyişikliklər olacaq. Məşqlərimizdə isə istirahət planlşadırmırıq".

Universal ayaqqabı DƏBİ: Bu payız ayaqlarınız yorulmayacaq!

25 Avqust 2017 18:45

Bu payız ayaqlarınız yorulmayacaq! Payız aylarında açlaq dabanlı ayaqqabıların yeni fasonları dəbdə olacaq. Yeni yaranan dəb cərayanı daha çox nənələrimizin sevdiyi ayaqqabıları xatrıladır. Lakin bu, sizi qətiyyən qorxutmasın. Birincisi, alçaq və qalın dabanlı ayaqqabılar bir çox cəhətdən əlverişlidir. Odur ki, onların bütün qızların qarderobuna yol tapacağına şübhə etmirik. İkincisi isı bu ayaqqabılar sadə və yığcam fasonu sayəsində istənilən üslubla uzlaşır.

Çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR

25 Avqust 2017 18:40

Çayın bir çox faydalı xüsusiyyətləri var. Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər:

Çox işləmək ZİYANLIDIR

25 Avqust 2017 18:35

London Universitet koleci alimlərinin sözlərinə görə, çox işləyən insanlarda ürək çatışmazlığı, insult və demensiya riski artmış olur. Deccan Chronicle xəbər verir ki, alimlər həftədə 35-40 və 55 saatdan çox 2 qrup insanların sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.

"Almaniya Türkiyəyə münasibətdə çərçivədən kənara çıxır"

25 Avqust 2017 18:30

Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin son bəyanatını şərh edərkən deyib. M.Çavuşoğlu bildirib ki, Türkiyə Almaniya ilə münasibətləri korlamaq niyyətində deyil: "Lakin Berlindəki dövlət rəsmiləri də siyasi qiymət verərkən nəzakətli olmalıdırlar". Nazir əlavə edib ki, son günlər Almaniyada, xüsusilə seçki ərəfəsində bir çox populist bəyanatlar səsləndirilir.

PSJ "Monako"dan 2 futbolçu almaq istəyir

25 Avqust 2017 18:26

PSJ Kilian Mbappenin və Fabinyonun transferi ilə bağlı "Monaco" ilə danışıqları davam etdirir. Avqustun 24-də Paris klubunun prezidenti Naser Əl-Xəlaifi "moneqasklar"ın rəsmisi Vadim Vasilyevlə görüşüb. Qətərli funksioner Mbappe və Fabinyo üçün 150 milyon avro və Lukas Mouranı təklif edib. Fransa mətbuatının yaydığı məlumata görə Mbappe və Fabinyo Paris klubu ilə 5 illik müqaviləni artıq razılaşdırıb. Lukas Moura isə "Monaco"da oynamağa hələ ki razılıq verməyib.  

Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına maraq göstərir 

25 Avqust 2017 18:22

2017-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəzin ixracında çəki nisbətində 62 faiz artım qeydə alınıb. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlaxda ixracatçılarla görüşdə deyib.

Türkiyə səfiri İsveç XİN-ə çağrılıb

25 Avqust 2017 18:21

Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç XİN-ə çağrılıb.  Səfirdən iki İsveç vətəndaşının həbsi ilə bağlı açıqlama tələb edilib.

İrqçi məhkuma görünməmiş EDAM CƏZASI

25 Avqust 2017 18:16

ABŞ-ın Florida əyalətində irqçiliyə görə cinayət törətdiyi üçün həbs edilən şəxs ilk dəfə təcrübə edilən bir zəhərli iynə ilə edam edilib.

Kıvanç ingilis modellə reklama çəkiləcək

25 Avqust 2017 18:15

"Victoria's Secret"in mələyi, ingilis top model Meqan Uilyams aktyor Kıvanç Tatlıtuğun tərəf-müqabili olacaq. Tanınmış cütlük firmalardan birinin reklamına çəkiləcək. Kıvançla Meqan firmanın payız-qış kolleksiyasını təqdim edəcək.

Günahsız yerə 6 il həbsdə yatdı: 14 yaşında hahişə qətlinə görə

25 Avqust 2017 18:06

İzmirin Ödəmiş mahalında doqquz il əvvəl bir fahişəni öldürüldüyünə görə 14 yaşlı İbrahim Uyar qatil iddiası ilə həbs edilib. Məhkəmənin son qərarıyla 21 il 6 ay azadlıqdan məhrum edilən azyaşlı Uyarı uşaq həbsxanasında qalması lazım olan illərin bir qismini yetkin məhbusların saxlanıldığı təcridxanaya göndərirlər.

Plastik əməliyyat onları belə dəyişib - fotolar

25 Avqust 2017 17:59

Hər kəs kimi şou-biznes nümayəndələri də zaman-zaman plastik əməliyyat üçün cərrah masasına yatıblar. Onlar da görünüşlərində bəyənmədikləri nələrisə əməliyyat yolu ilə dəyişdiriblər. Məşhurların ən çox müraciət etdiyi isə burun əməliyyatı olub.

ANS-in məşhur aparıcısı yeni telekanalda

25 Avqust 2017 17:50

Artıq lisenziyası ləğv olunmuş ANS və "Space" telekanallarının keçmiş aparıcısı Rövşanə Bektaşinin yeni iş yeri məlum olub. Bektaşi bundan sonra ARB telekanalında çalışacaq. 

Nazim Babayev Universiadanın qalibi oldu

25 Avqust 2017 17:48

Azərbaycan atleti Nazim Babayev Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının qalibi adını qazanıb. Həmyerlimiz üçtəkanla uzunluğa tullanma yarışının qızıl medalına layiq görülüb.  O, 17,01 m nəticə göstərməklə bütün rəqiblərini arxada qoyub. Babayev ən yaxın izləyicisini 4 sm qabaqlayıb.

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib

25 Avqust 2017 17:41

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə keçirilir. DİM-dən verilən məlumata görə, 25 avqustdan 5 dövlət orqanında 86 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.