İrqçi məhkuma görünməmiş EDAM CƏZASI
ABŞ-ın Florida əyalətində irqçiliyə görə cinayət törətdiyi üçün həbs edilən şəxs ilk dəfə təcrübə edilən bir zəhərli iynə ilə edam edilib.
25 Avqust 2017 18:16 DünyaABŞ-ın Florida əyalətində irqçiliyə görə cinayət törətdiyi üçün həbs edilən şəxs ilk dəfə təcrübə edilən bir zəhərli iynə ilə edam edilib. 53 yaşlı Mark Asay əyalət tarixində bir qaradərilini öldürdüyünə görə edam edilən ilk şəxsdir. M.Asay ağdərililərin üstünlüyünə inanan biri olub. O, yerli saatla 22:22-də zəhərli iynə ilə edam edilib. İstifadə edilən etomidat adlı iynə ilk dəfədir ki, edam məqsədilə sınaqdan keçirilir. "Edam kokteyli"nin içərisində məhkumu iflic edib, ürəyini dayandıracaq əlavə iki dərmanın da olduğu bildirilir.
M.Asay, 1987-ci ildə Caksonvillada işlədiyi iki cinayətdən məhkum edilib. O, 26 yaşlı qaradərili Hispanik Robert McDovel adlı şəxsi irqçi düşüncələrindəki fərqliliyə görə öldürüb. M.Asay R.McDoveli öldürdüyünü etiraf etsə də, digər cinayəti törətməsi iddiasını rədd edib.
Qeyd edək ki, A.Asayın edam edilməsini tənqid edənlər, bunun son il yarım ərzində Floridada ilk edam hökmü olduğunu bildiriblər. Floridada edam cəzasının tətbiq edildiyi 1976-cı ildən bu vaxta qədər 20 qaradərili məhkum ağdərililəri öldürdüyü üçün edam edilib. Publika.az xarici mediaya istinadən xəbər verir.