Günahsız yerə 6 il həbsdə yatdı: 14 yaşında hahişə qətlinə görə
İzmirin Ödəmiş mahalında doqquz il əvvəl bir fahişəni öldürüldüyünə görə 14 yaşlı İbrahim Uyar qatil iddiası ilə həbs edilib. Məhkəmənin son qərarıyla 21 il 6 ay azadlıqdan məhrum edilən azyaşlı Uyarı uşaq həbsxanasında qalması lazım olan illərin bir qismini yetkin məhbusların saxlanıldığı təcridxanaya göndərirlər.
25 Avqust 2017 18:06 Dünyaİzmirin Ödəmiş mahalında doqquz il əvvəl bir fahişəni öldürüldüyünə görə 14 yaşlı İbrahim Uyar qatil iddiası ilə həbs edilib. Məhkəmənin son qərarıyla 21 il 6 ay azadlıqdan məhrum edilən azyaşlı Uyarı uşaq həbsxanasında qalması lazım olan illərin bir qismini yetkin məhbusların saxlanıldığı təcridxanaya göndərirlər. Uyarın dediyinə görə, həmin təcridxanada onu döyüb, işgəncə veriblər. Apelyasiya şikayəti verən Uyar ailəsi 6 il və 7 ay sonra istəklərinə çatırlar. Fahişənin qətlində Uyarın günahsız olduğu məlum olur. Həyatından "oğurlanan" 2400 günə görə Uyara 104 min TL (təxmini 50 min manat) təzminat ödəməyə qərar verilib. Milli.az Hürriyet-ə istinadən xəbər verir.