Gündəm
Kreditə və ya borca pul götürüb qurban kəsmək düzgündür?
Artıq Qurban bayramına sayılı günlər qalıb. Müsəlmanlar bayramlaşmağa, qurban kəsməyə və yardımlaşmağa hazırlaşır. İmkanlı üçün Qurban bayramının yaxınlaşmağının bir o qədər də əhəmiyyəti yoxdur. İmkansız isə qurbanı hansı pulla kəsəcəyini düşünür.
Məktəbəhazırlıq qruplarına qəbul üçün 12 mindən artıq uşaq qeydiyyatdan keçib
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 12 633 ərizənin onlayn qeydiyyatı (25.08.2017-ci il tarixinə saat 17:00-a olan məlumata əsasən) aparılıb.
Fəzail Ağamalı “Şöhrət” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Fəzail Ağamalının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Çeçenistanda deputat öldürülüb
Çeçenistan parlamentinin deputatının öldürülməsi ilə bağlı cinayət işi açılıb. Hadisə bu gün səhər saatlarında baş verib. Adı açıqlanmayan deputat avtomobili ilə evdən işə gedərkən Açxoy-Martanovsk rayonunda atəşə tutulub.
"Qarabağ"ın "qurbanlar"ı eyni qrupda
Bu gün UEFA Avropa liqası quplarının püşkü atılıb. Püşk atma zamanı "Qarabağ"ın Çempionlar liqasında qalmaq üçün məğlub etdiyi rəqiblər "Şerif" və "Kopenhagen" eyni qrupda yer alıblar.
Rusiyada deputat öldürüldü
Rusiya Federasiyasının Çeçenistan Respublikasında yerli parlamentin deputatı Məhəmməd Asxabovu öldürüblər. Bu haqda Şimali Qafqaz federal dairəsinin güc strukturlarındakı mənbəyə istinadən“İnterfaks” agentliyi bildirib. “Asxabov avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulması nəticəsində ölüb”, -mənbə deyib. İnformasiya hələlik rəsmən təsdiqlənməyib.
50-yə yaxın şagird peşə təhsili alacaq
Avqustun 28-dən “ASAN Peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə boş qalan yerlərə əlavə ixtisas seçiminə start veriləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, sentyabrın 7-dək davam edəcək prosesdə hər kəs iştirak edə bilər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bildirib ki, növbəti mərhələdə ixtisas seçiminə sadəcə, ilk mərhələyə qatılaraq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək.
Azercell liderliyini qoruyur
Abunəçilərinə göstərdiyi keyfiyyətli xidmət ilə rabitə bazarının lider mobil operatoru adını qazanan Azercell 4,5 milyonluq abunəçi ailəsinin etimadını doğrultmağa davam edir. Şirkətin Müştəri Xidmətləri təmsilçiləri sosial şəbəkələrdə də abunəçilərinə yüksək xidməti ilə seçilir.Təsadüfi deyil ki, Azercell 2017-ci ilin ikinci rübündə də rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb. Gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb.
Vergilər Nazirliyi "Turan"da aparılan yoxlamalarla bağlı məlumat yaydı
“Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyitərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Mehman Əliyev həbs edildi
Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
DÇ-2017: Hacı Əliyev finala yüksəldi
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə güləş üzrə dünya çempionatının finalına yüksəib. 61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuk (10:0) üzərində inamlı qələbə qazanıb. Yarımfinalda kubalı Yovlis Bonne Rodrigesi vaxtından əvvəl - 2 dəqiqə 13 saniyəyə məğlub edən H.Əliyev finala yüksəlib. Digər təmsilçilərimiz Mahir Əmiraslanov (57 kq) 1/16, Aleksandr Qostiyev isə (86 kq) 1/4 finalda məğlub olublar.
Mətanət Əsədova od püskürdü: “Onun başını partladaram”
Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Fikirlərini yeniçağ.az-la bölüşən müğənni "heç vaxt evli kişi ilə eşq yaşamaram" deyib: "Heç vaxt haram tikə yeməmişəm. Məni tanıyanlar bunu yaxşı bilir. Kiminsə ailəsini əlimə keçirtmək fikrim də olmayıb. Mənə nolub, subay xanımam. Niyə evli kişiylə eşq yaşamalıyam? O qədər subay bəylər var ki... Özüm ailəli qadın olsam, kimsə mənim yuvamı dağıtsa, mənə xoş gələr? Əlbəttə gəlməz".
Çaylarda daşma təhlükəsi var?
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.
De Rossi: "Qarabağ" Çempionlar Liqasında iştirak edirsə..."
"Roma"nın kapitanı Daniele De Rossi Çempionalr Liqasının püşkünü dəyərləndirib. Təcrübəli futbolçu "Qarabağ"ı tanımadığını bildirib. "Bir tərəfdən daha asan qrupa düşməmək bizi məyus edir. Digər tərəfdən Avropa nəhəngləri ilə qarşılaşmaq həyəcanverici olacaq. Motivasiyamız yüksəkdir, azarkeşlərə unudulmaz anlar yaşadacağıq. Hazırlaşmaq üçün vaxtımız var.
Moskvalı biznesmen qaçırılmış maşının dalınca Bakıya gəlib çıxdı
Moskva ətrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb. Biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb.














