Gündəm
Media Qrupunun rəhbəri Qarabağ klubunun tarixi zəfərindən danışdı
“Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu qələbə yalnız futbolsevərlərin qələbəsi deyil. Eyni zamanda, Azərbaycanı sevən, ölkəmizdən kənarda yaşayan insanları da qələbə münasibəti ilə təbrik edirəm”. Bunu “SƏS” Media Qrupunun baş direktoru Bəhruz Quliyev UEFA-nın Çempionlar Liqası seçmə mərhələsində Ağdamın Qarabağ klubunun Danimarkanın Kopenhagen klubunu kənarlaşdıraraq tarix yazmasına münasibətini bildirərkən deyib.
Azərbaycan yanğınsöndürənləri Gürcüstanda daha 4 hektar ərazidə yanğının qarşısını alıblar
Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində fəal iştirak etməkdə davam edirlər. Azərbaycan FHN-nin Gürcüstana ezam olunmuş əməkdaşı Toğrul Mehdiyev bildirib ki, yanğın ərazisində nisbətən çətin sahələr Azərbaycan yanğınsöndürənlərinə həvalə olunur. “Bu gün bizə həvalə olunmuş 4 hektara yaxın ərazidə yanğının söndürülməsini başa çatdırmışıq. Azərbaycan FHN-nin şəxsi heyəti yeni tapşırıqları yerinə yetirmək üçün hazırlıq səviyyəsinə gətirilib" - deyə T. Mehdiyev qeyd edib.
TRT-nin tanınmış aparıcısı VƏFAT ETDİ
Türkiyənin TRT telekanalının tanınmış aparıcısı Mesut Mertcan dünyasını dəyişib. Son illər səhhətində problem yaranan Məsud Mertcan 71 yaşında vəfat edib.
Post-Nazarbayev dövründə qonşularla müharibələr başlayacaq - Ukrayna SSENARİSİ
"Qazaxıstan federasiya olmasa, onu Ukraynanın taleyi gözləyə bilər”. Təhdid xarakterli bu fikir Rusiyanın cont.ws saytında gedən yazıda yer alıb. Qriqori Mironovun müəllifi olduğu yazıda qeyd edilir ki, rəsmi Astana müasir Qazaxıstanda rusların öz tarixi və etnik torpaqlarında yaşadıqlarını tanımaq istəmir. O iddia edir ki, bu torpaqları bolşeviklər qazaxlara hədiyyə edib.
Avtobus dənizə düşdü: 12 nəfər öldü, 5 nəfərin taleyi məlum deyil - Rusiyada
Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobus dənizə düşüb. Hadisə nəticəsində 12 nəfər həlak olub. 20 nəfərin həyatını xilas etmək mümkün olub, lakin 5 nəfərin taleyi hələ naməlumdur. Məlumata əsasən, avtobus dörd metr hündürlükdən suya düşüb.
Məşhur xəbərlər aparıcısı canlı yayımda rüsvay oldu - VİDEO
Fox TV-nin məşhur xəbərlər aparıcısı Fatih Portakalın başına dünən canlı yayımda iş gəlib. Telefonun səsini almağı unudan aparıcıya canlı efirdə zəng gəlib. Portakal öncə təəccüblənib, daha sonra "Səhv məndədir, səsin almağı unutdum" deyərək telefonu söndürmək məcburiyyətində qalıb.
İsmayıllıda 3 otaqlı ev yanıb
İsmayıllı rayonunda sahəsi 126 kv.m olan ikimərtəbəli ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun İsmayıllı kəndində 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 63 kv.m sahədə və evə bitişik yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ailə qurmadı: ölüm anında isə telefonda onunla danışırmış
Tanınmış meyxanaçı Bayram Kürdəxanılının ölümü ilə bağlı yeni şayiələr yayılıb. Kürdəxanı sakinlərinin verdiyi məlumata görə, 23 avqust tarixində avtomobil qəzası zamanı həyatını itirən meyxanaçı heç də yolu keçmək istəyən zaman qəzaya düşməyib. Kənd sakinləri bildirib ki, qəza zamanı B.Kürdxanılı sevdiyi xanımla mobil telefonda danışırmış. Hadisə də elə bu zaman baş verib. Mağazaya tərəf gedən meyxanaçı yolu keçib səkiyə çıxsa da, yol ilə hərəkət edən avtomobil onu vurub.
Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurub
Azərbaycan millisi Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin aktivinə növbəti mükafatı taekvondoçumuz Məhəmməd Məmmədov yazdırıb. 63 kq çəki dərəcəsində dayan üzərinə çıxan həmyerlimiz fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Belə ki, 1/16 finalda meksikalı Edqar Porras Reyesi mübarizədən kənarlaşdıran (21:5) Məmmədov növbəti döyüşdə Tay Tin Vinqdən (Honq Konq) üstün olub – 29:9.
Tramp bu tarixdə impiçment ediləcək – PROQNOZ
Donald Trampın ABŞ-da prezident seçkilərində qələbə qazanacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Alan Lixtman prezidentin mümkün impiçmentinin vaxtını açıqlayıb.
Azərbaycana qarşı təxribatçı məlumat yayan jurnalist Bolqarıstanda işdən qovuldu
Bolqarıstanda dərc edilən "Trud" (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva Azərbaycan aviaşirkəti vasitəsilə İŞİD-ə silah təchizatı barədə böhtan xarakterli məqaləsinə görə işdən qovulub. Bu barədə jurnalist qadın özünün "Facebook"səhifəsində yazıb. Onun sözlərinə görə, avqustun 24-də jurnalist Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılaraq, Suriyadakı terrorçulara silahların təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual edilib. Bundan sonra o, "Trud" qəzetində tutduğu vəzifədən xaric olunub. Bir neçə gündən sonra Dilyana Qaytanciyeva Suriyaya növbəti dəfə səfər etməli idi.
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. İclasda Rusiya prezidentinin keçirdiyi son görüşlər və "Normad dördlüyü" çərçivəsində Putinlə Avropa liderlərinin planlaşdırılan telefon danışıqlarından söhbət açılıb.
Türkiyədə bakalavr təhsili alacaq Azərbaycan vətəndaşlarına müraciət edilib
Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi bu ölkədə ilk dəfə bakalavr dərəcəsi üzrə ali təhsil alacaq Azərbaycan vətəndaşlarına müraciət edib. Təhsil Müşavirliyindən verilən xəbərə görə, vətəndaşlar Türkiyəyə gələrkən attestatlarını "Apostil" möhürü ilə leqallaşdırmağı unutmamalıdır: “Apostil” Azərbaycan ərazisində verilmiş və Konvensiyanın (“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”) iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.
Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçildi
Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.
Tahir Gözəl: "Qarabağ"ın uğurunun əsas səbəbi..."
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin "Sabah" qəzetinə açıqlama verib. O, Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Çempionlar Liqasını qrup mərhələsində mübarizə aparacaq Ağdam klubunun uğurunun səbəbindən və digər məsələlər barədə danışıb. T.Gözəl bugünkü səviyyəyə gəlmələrinin əsas səbəbinin səbr və sabitliyin olduğunu bildirib: "Qarabağ"la yanaşı, digər Azərbaycan klubları və ölkənin milli komandası son illərdə iştirak etdiyi turnirlərdə rəqiblərinə çətin anlar yaşadıb. Təbii ki bu nəticələrin davamlı olması bizim üçün çox önəmlidir. Lazım olan bütün işləri AFFA ilə iş birliyi nəticəsində görürük".














