Media Qrupunun rəhbəri Qarabağ klubunun tarixi zəfərindən danışdı

“Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu qələbə yalnız futbolsevərlərin qələbəsi deyil. Eyni zamanda, Azərbaycanı sevən, ölkəmizdən kənarda yaşayan insanları da qələbə münasibəti ilə təbrik edirəm”. Bunu “SƏS” Media Qrupunun baş direktoru Bəhruz Quliyev UEFA-nın Çempionlar Liqası seçmə mərhələsində Ağdamın Qarabağ klubunun Danimarkanın Kopenhagen klubunu kənarlaşdıraraq tarix yazmasına münasibətini bildirərkən deyib.

Bəhruz Quliyev: "Dünyanın diqqəti Azərbaycana tərəf yönələcək"

"Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu qələbə yalnız futbolsevərlərin qələbəsi deyil. Eyni zamanda, Azərbaycanı sevən, ölkəmizdən kənarda yaşayan insanları da qələbə münasibəti ilə təbrik edirəm". Bunu "SƏS" Media Qrupunun baş direktoru Bəhruz Quliyev UEFA-nın Çempionlar Liqası seçmə mərhələsində Ağdamın Qarabağ klubunun Danimarkanın Kopenhagen klubunu kənarlaşdıraraq tarix yazmasına münasibətini bildirərkən deyib.

"Biz əminik ki, qələbələrimiz davamlı olacaq"-deyə qeyd edən Bəhruz Quliyev Prezident İlham Əliyevin Qarabağ futbol klubunun rəhbər, məşqçi və oyunçu heyətini qəbul etməsi zamanı etdiyi çıxışına da fikir bildirib: "Qarabağ klubunun rəhbər və oyunçu heyətlərini qəbul edən Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, artıq idman sahəsi dövlətin prioritet istiqaməti kimi götürülüb. Eyni zamanda, qazanılan qələbələr, əldə edilən nəticələr də göstərir ki, artıq bu uğurlar məhz həmin siyasətin tərkib hissəsidir".

Media Qrupunun rəhbəri idmanın da bir siyasət olduğunu qeyd edərək bunu belə izah edib ki, futbola gəldikdə, bu idman növü dünyada kifayət qədər populyarlığı ilə seçilir və ən çox izlənilən bir idman növü kimi qiymətləndirilir: "Bu baxımdan, dünya ictimaiyyətinin futbola olan marağını diqqətə alanda deyə bilərik ki, məhz Qarabağı əldə etdiyi nəticəsi beynəlxalq aləmə təqdim olundu, həmçinin, beynəlxalq aləmin də diqqəti Azərbaycana tərəf yönəldi. Ən böyük siyasət faktorlarından biri də məhz budur. Qarabağın əldə etdiyi uğurlu nəticəyə yalnız idman nəzərindən baxdıqda isə bizim hər birimiz bunu gözləyirdik".

"Cənab Prezident İlham Əliyev də öz çıxışında vurğuladı ki, ötən illər ərzində idman sahəsində əldə edilən inkişafın məntiqi nəticələrindən biri də məhz qazanılan bu qələbədir"-deyə xatırladan Bəhruz Quliyev bildirib ki, bu həm də müstəqil Azərbaycanda düzgün idman siyasətinin yürüdülməsinin nəticəsi olaraq qiymətləndirilməlidir: "Hələ Ulu Öndər Heydər Əliyev öz çıxışlarında deyirdi ki, sağlam bədəndə sağlam ruh olmalıdır. Bu gün həmin amil özünü təsdiq edir. Çünki haqqında danışdığımız bu uğur illərlə çəkilən əziyyətin, istiqamət kimi götürülən düzgün siyasətin bəhrəsidir. Bu gün Azərbaycanın bütün bölgələrində möhtəşəm idman kompleksləri, müasir arenaları və olimpiya mərkəzləri fəaliyyət göstərir, o cümlədən, ən müasir standartlara cavab verən böyük futbol stadionları var. 24 ildə, eləcə də son 14 ildə aparılan siyasət bu nəticələri əldə etməkdən ötrü yürüdülüb. Məsələn, illər öncə Olimpiya Oyunlarında qazanılan medalların sayı hər 4 ildən bir artır, idmançılarımız öz qələbələri ilə Azərbaycanın adını yüksəklərə qaldırırlar.

Digər tərəfdən, 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunlarında Azərbaycan komanda hesabına görə ikinci yerə çıxdı. 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komanda hesabında birinci yeri əldə etdi. Rioda keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançıları dünya ölkələri sıralamasında 18 medalla 14-cü oldu. Bu, böyük nəticə idi və növbəti yarışlarda həmin nəticələrin artacağına kimsə şübhə etmir".

"Lakin bir faktı da deyim ki, digər idman sahələrindən fərqli olaraq, komanda tərkibli idman növlərində, xüsusilə futbolda biz, həmin qələbələri müşahidə edə bilmirdik"-deyə qeyd edən media qrupunun başı direktoruna görə, ancaq son illərdə aparılan düzgün idman siyasəti nəticəsində, eləcə də ayrıca olaraq futbol siyasətində qazanılan uğur dünyanın diqqətini bizə tərəf yönəltmiş oldu: "Komanda oyunu Azərbaycanda reallaşdı, futbolumuz yeni mərhələyə qədəm qoydu. Futbolçularımız tarix yazdı. Çünki Qarabağ klubu Ağdamın təmsilçisidir, klubun adından da görünür ki, burada bir vətənpərvərlik ruhu mövcuddur. Orada oynayan oyunçular da etiraf etdilər ki, məhz bu amilə görə hər bir oyuna daha məsuliyyətlə yanaşırlar. Onlar anlayırlar ki, üzərlərində ikiqat məsuliyyət var. Ona görə də Qarabağ futbol klubu öz əzmkarlığı ilə seçilir. Nəzərə alsaq ki, ötən dəfə Qarabağ İtaliyanın İnter klubu ilə görüşündə hakim səhvinə görə kənarda qalmışdı, artıq bu il ortaya qoyulan əzmkarlıq ədalətin bərqərar olmasına zəmin yaratdı. Daha bir məqam da budur ki, 700-ə qədər klubun arasından seçilərək, Avropanın mötəbər yarışmasında oynayacaq 32 klubdan biri olasan. Məhz bu da peşəkarlığın göstəricisi olaraq qiymətləndirilməlidir. Artıq Avropanın 3 nüfuzlu klubları Bakıya gələcəklər. Onların təmsil olunduqları ölkələrin azarkeşlərinin də diqqətləri Azərbaycana tərəf yönələcək. Artıq dünya mətbuatı Azərbaycanın Qarabağ futbol klubu barədə yazır, eyni zamanda Azərbaycanda idman sahəsində əldə edilən nailiyyətlər barədə fikirlər yer alır".

Bəhruz Quliyev Prezident İlham Əliyevin Qarabağ klubunun rəhbərliyi, futbolçuları və məşqçi heyəti ilə görüşündə onların klubun adının layiqincə təmsil etmələri barədə fikirlərinə, həmçinin komandaya 2 milyon manat ayırması qərarına da toxunaraq bildirib ki, bu, bilavasitə ölkə başçısının həmin kluba verdiyi xüsusi qiymətdir: "Prezidentimiz həmin görüşdə çox gözəl bir fikir də irəli sürərək vurğuladı ki, Aprel Müharibəsində bizim əsgərlər düşmənə qarşı necə şücaət göstərdilərsə, Qarabağ futbolçuları da həmin şücaəti göstərib, tarixi uğura imza atdılar. Bax, budur ləyaqət və onun təmsilçiliyi ki, futbolçularımız onu öz alın tərləri ilə, halallıqla qazanmış oldular. Qarabağ bu gün öz sözünü dedi və insanları futbol meydançasına dəvət elədi. Bu, klubun ən böyük qələbəsidir. İkincisi, bu uğur Azərbaycanda idman siyasətinin düzgün aparılmasının təsdiqi oldu. Üçüncüsü, bu Azərbaycan idmançılarının öz təsdiqi idi. Ümumiyyətlə, artıq tarix yazılıb və Qarabağ klubu UEFA-nın Çempionlar Liqasında öz oyunlarına çıxacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31