Gündəm
Samiraldo nəyə görə Əli Kərimlidən reytinqlidir?
Son günlər AXCP sədri Əli Kərimlinin vaxtilə ona yaxın olmuş şəxslər tərəfindən ifşa olunmasına daha bir nəfər də qoşuldu. Bu şəxslərdən biri də uzun müddət cəbhəçilər arasında fəallığı ilə seçilən Şahin Həsənlidir. Əslində, belə ifşalardan təəccüblənməyə də dəyməz. Çünki baş verənləri olduğu kimi dərk edənlər, eyni zamanda müxalifət kuluarlarında cərəyan edən olayları və bu olaylarda hansı “liderin” hansı oyunbazlıqlardan çıxmalarını bilənlər-bilir. Sadəcə, baş verənlərin ictimailəşdirilməsi bir daha sübut edir ki, ənənəvi müxalifətdə hər şey heç də normal deyil. Bu anormallığı isə biz, iqtidar jurnalistləri deyil, elə özləri ifşa edirlər.
Avtomobil idxalı 2 dəfə artıb
Son bir ildə ölkəyə idxal olunan avtomobillərin sayı 2 dəfəyə yaxın artıb. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, bu ilin birinci yarısında ölkəyə idxal olunan avtomobillərin sayı 4468 ədəd olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1589 ədəd çoxdur. Artımın əsas səbəblərindən biri xaricdən alınan ictimai nəqliyyat vasitələrinə tələbatın artmasıdır.
Piyadanı vurub qaçan sürücü saxlandı
Avqustun 24-də saat 4 radələrində Səbail rayonu ərazisində bir nəfər piyadanın yolu keçərkən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müəyyən edilməyən avtomobilin vurduğu Şirvan şəhər sakini Fazil Hüseynov aldığı ağır bədən xəsarətindən elə hadisə yerində ölüb.
Tovuzda istehlakçı hüquqlarına dair konfrans keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə avqustun 25-də növbəti maarifləndirici Konfrans Tovuzda keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda 100-dən çox istehlakçının iştirakı ilə keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.
16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olanı bu CƏZA gözləyir
16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq hansı məsuliyyət yaradır? Mövzu ilə bağlı femida.az-a şərh verən vəkil Asif Abdullayev bildirib ki, 16 yaşına çatmayan şəxslə hətta könüllü cinsi əlaqə cinayət məsuliyyətinə səbəb olur. "16 yaşına çatmayan istər qız, istərsə də oğlanla (misal üçün, yaşca böyük qadın və ya kişi 15 yaşlı oğlanla cinsi əlaqəyə girsə) könüllü cinsi əlaqə cinayət məsuliyyəti yaradır.
“Atletiko: "Yenidən Bakıya gedəcəyimiz üçün şadıq"
Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alan Madrid “Atletiko”su Ağdam təmsilçisini təbrik edib. SİA-nın məlumatına görə, ispanlar “Twitter" səhifəsində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn “Qarabağ”a təbrik mesajı göndəriblər: “İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz yenidən Azərbaycanın paytaxtı Bakıya gedəcəyimiz üçün şadıq".
Hizbullah İŞİD-ə sülh TƏKLİF ETDİ
Hizbullah hərəkatının lideri Şeyx Həsən Nəsrullah ötən gün “Əl Mənar” telekanalı vasitəsilə çıxış edərək İŞİD-lə danışıqlara hazır olduqlarını açıqlayıb. Nəsrullah bundan öncə, “Ən Nüsrə Cəbhəsi” ilə də əldə olunmuş sülh şərtlərinin İŞİD-ə təklif edildiyini deyib.
Macarıstanla Niderlandın arası dəydi: Səfir geri çağırılır
Macarıstan Niderlanddan səfirini geri çağırır və bu ölkədə diplomatik nümayəndəliyin səviyyəsini müvəqqəti işlər vəkilliyinədək azaldır. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Binəli Yıldırım: Ərbildə referendum keçirilməsi müharibəyə səbəb ola bilməz
İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum rəsmi Ankara və Ərbil arasında müharibəyə səbəb ola bilməz. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir qeyd edib ki, müharibə iki dövlət arasında olur: "Türkiyə isə kürd muxtariyyətini dövlət kimi qəbul etmir".
Ağcabədidə iynəli top mərmisi tapılıb
Ağcabədi rayonu ərazisində top mərmisi aşkar edilib. “Olaylar” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu Avşar kəndində qazıntı işləri aparılan ərazidə 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.
Azərbaycanlı alimlər tədqiqat aparacaqlar - Arktikada
V.N.Karazin adına Xarkov Milli Universitetinin Zoologiya və heyvan ekologiyası kafedrasının professoru Sergey Utevski və dosenti Andrey Utevski AMEA Zoologiya İnstitutunda olublar. “Olaylar” bildirir ki, İnstitutun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə məlumat verib.
"Qarabağ" Olimpiya stadionunda oynayacaqmı? - KLUBDAN AÇIQLAMA
Çempionlar liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" klubunun oyunlarını keçirəcəyi stadion dəyişməyəcək. Bu barədə "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisi bildirib ki, ev oyunlarının hamısı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Nurlan İbrahimovun sözlərinə görə, "Qarabağ"ın 19 yaşlılardan ibarət komandası isə ev oyunlarını Suraxanıda, "Azərsun Arena"da keçirəcək.
Təcavüz etdi döyüldü, amma məhkəmə qərarı hamını ŞOK ETDİ
Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb. Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib.
Yığmamız Belarusa uduzdu
Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Vüqar Əsgərlinin yetirmələri Belarusun U-19 komandası ilə qarşılaşıb. Bu rəqiblə ikinci dəfə qarşılaşan yığmamız yenə məğlubiyyətə üzülüb. İlk görüşdə 2:0 hesablı qələbə qazanan belaruslular bu dəfə 4:0 hesabı ilə qalib gəliblər.
Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib. M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb: "Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".














