Samiraldo nəyə görə Əli Kərimlidən reytinqlidir?

Son günlər AXCP sədri Əli Kərimlinin vaxtilə ona yaxın olmuş şəxslər tərəfindən ifşa olunmasına daha bir nəfər də qoşuldu. Bu şəxslərdən biri də uzun müddət cəbhəçilər arasında fəallığı ilə seçilən Şahin Həsənlidir. Əslində, belə ifşalardan təəccüblənməyə də dəyməz. Çünki baş verənləri olduğu kimi dərk edənlər, eyni zamanda müxalifət kuluarlarında cərəyan edən olayları və bu olaylarda hansı “liderin” hansı oyunbazlıqlardan çıxmalarını bilənlər-bilir. Sadəcə, baş verənlərin ictimailəşdirilməsi bir daha sübut edir ki, ənənəvi müxalifətdə hər şey heç də normal deyil. Bu anormallığı isə biz, iqtidar jurnalistləri deyil, elə özləri ifşa edirlər.

Yaxud, AXCP sədrinə öz içindən növbəti zərbə!

Son günlər AXCP sədri Əli Kərimlinin vaxtilə ona yaxın olmuş şəxslər tərəfindən ifşa olunmasına daha bir nəfər də qoşuldu. Bu şəxslərdən biri də uzun müddət cəbhəçilər arasında fəallığı ilə seçilən Şahin Həsənlidir. Əslində, belə ifşalardan təəccüblənməyə də dəyməz. Çünki baş verənləri olduğu kimi dərk edənlər, eyni zamanda müxalifət kuluarlarında cərəyan edən olayları və bu olaylarda hansı "liderin" hansı oyunbazlıqlardan çıxmalarını bilənlər-bilir. Sadəcə, baş verənlərin ictimailəşdirilməsi bir daha sübut edir ki, ənənəvi müxalifətdə hər şey heç də normal deyil. Bu anormallığı isə biz, iqtidar jurnalistləri deyil, elə özləri ifşa edirlər.

Şahin Həsənli: "Yurd"da təmsil olunan və bu strukturun formalaşmasına kifayət qədər əmək sərf etmiş bir insan kimi baş verənlərə laqeyd yanaşa bilmərəm..."

Məhz Ş.Həsənlinin də AXCP təəssübkeşi olaraq anlatmağa çalışdığı budur ki, məqsədi təmsil olunduğu partiyaya qarşı deyil, bu partiyanı monopoliyalaşdıran Ə.Kərimlinin çirkinliklərini ortaya çıxarmaq, oyunbazlıqlarını sübuta yetirməkdir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, məhz AXCP daxilində bilavasitə Ə.Kərimliyə məxsus olan "Yurd" qruplaşması yarandığı dövrdən etibarən orada mövcud olan Elçibəy ideologiyasına qarşı çıxıb. Təkcə, bir çoxlarına bəlli olan "Yurd" həqiqətləri" kitabına müraciət edilərsə, orada Ə.Kərimlinin və ətrafının hansı siyasi fahişəliklərlə məşğul olduğunu görmüş olarıq. İntrernet resurslarında bu barədə kifayət qədər dolğun informasiyalar mövcuddur. Məhz bu səbəbdən, Ş.Həsənli Ə.Kərimlini ifşa edən fikirlərində bu qeydi edib: "Uzun müddətdir "Yurd"da təmsil olunan və bu strukturun formalaşmasına kifayət qədər əmək sərf etmiş bir insan kimi baş verənlərə laqeyd yanaşa bilmərəm..."

Nəticədə, özünü Ə.Kərimlini uzun müddətdir ki, tanıyan bir şəxs kimi təqdim edən Ş.Həsənli əlavə edib: "Onun insanlardan öz məqsədləri üçün istifadə edərək sonradan yararsız əşya kimi tullamasının, şəxsi maraqlarının təmini məqsədilə partiya liderləri arasında intriqa yaratmasının, dediyi fikirlərə alternativ fikirlər söyləyən şəxslərə qısqanc yanaşmasının, uzun müddət kin saxlamasının, təşkilat üzvləri ilə məharətlə manipulyasiya etməsinin şahidi olmuşam."

Əli Kərimli onu ifşa edən cəbhəçilərin profillərinə hansı yollarla müdaxilə edib?

Xatırlatmaq yerinə düşərdi ki, AXCP sədrinin keçmiş cangüdəni Kərim Mehdiyevin də bir müddət əvvəl KİV-lərdə yayılmış müraciəti ilə bağlı Ə.Kərimli saxta əks-kampaniya aparıb və Ş.Həsənli bu saxta kampaniyada bəzi sirrlərin üstünü açıb. Daha dəqiq desək, guya K.Mehdiyev Ə.Kərimli ilə bağlı ifşaedici fikirlərini səsləndirəndən sonra "peşman" olub və sosual şəbəkədəki profilində təkzib verib. Ancaq bu həqiqətnmi belədirmi? Əlbəttə ki, xeyr. Məsələ ondadır ki, Ş.Həsənli K.Mehdiyevin uzun müddətdir ki, xaricdə yaşadığını, bu müddət ərzində Ə.Kərimli ilə münasibətdə olmadığını bildirib. Ona görə də K.Mehdiyevin "təkzibi" yalandır. SİTAT: "...O, belə bir şey yazmayıb. Profilə Ə.Kərimli özü şəxsən müdaxilə edib və saxta təkzib statusu yazıb. Partiya rəhbərliyi ilə daim ünsiyyətdə olan şəxs kimi bunu tam əminliklə deyirəm, sizlərin əmin olması üçün isə buna dair təkzibolunmaz fakt gətirirəm. Cümlənin başlanğıcında "Dostlar" müraciət formasından yalnız və yalnız Əli bəy istifadə edir və K.Mehdiyevin facebookda indiyədək olan yazışmalarını oxusanız, heç birində "Dostlar" xitabına rast gəlməyəcəksiniz. Ə.Kərimli onun profilinə nə vaxt müdaxilə edibsə, o zaman da "Dostlar" ifadəsi işə düşüb. Yalnız Ə.Kərimli öz facebook paylaşımlarını adətən "Dostlar" sözü ilə başlayır. Bir də necə oldu ki, K.Mehdiyev həmin günü girdi "facebook"a təkzib statusunu yazdı və o andan sonra onun səhifəsindən nəinki Ə. bəyə dəstəkverici məlumat yayılmayıb, heç ümumiyyətlə yayım olmayıb. Bir daha deyirəm, K.Mehdiyevin bu barədə xəbəri yoxdur, sadəcə əksər üzvlərin parol və loqini dələduz Əli "bəydə" olduğuna görə o, ictimai rəyi çaşdırmaq üçün bundan məharətlə istifadə etmişdir.Deməli, o, nəinki dələduz, həm də başqasının kompüter məlumatlarına müdaxilə edən cinayətkardır".

Əli Kərimli Gözəl Bayramlını da Fuad Qəhrəmanlı kimi işlədib və tullayıb

Beləliklə, Ə.Kərimlinin birinci ifşası tam sübutlarla ortaya çıxarılır. Ancaq bu da son deyil. Məsələnin maraqlı məqamlarından biri də yuxarıda da qeyd edildiyi kimi, AXCP sədrinin insanlardan yalnız öz şəxsi mənafeyi, siyasi ambisiyaları üçün istifadə edib, sonradan həmin insanları kənara atmasıdır. Ş.Həsənli növbəti sübutunu danılmaz fakt olaraq ortaya qoyub. İki fotoşəkil göstərən Ş.Həsənli burada müqayisə aparıb: Birinci şəkil Əbülfəz Elçibəyin məzarı önündə, digəri isə bir müddət bundan öncə məlum məsələlərə görə həbs edilən müavini Gözəl Bayramlının məhkəməsi keçirilən binanın qarşısındadır. Birinci şəkildə Ə.Kərimlinin ətrafına kifayət qədər çox insan, digərində isə 3-5 nəfər adam yığılıb. Məhz bu müqayisəni ortaya çıxaran Ş.Həsənli sübuta yetirdi ki, Ə.Kərimli yalnız özünüreklam ilə məşğuldur və onun çirkin siyasətinin güdazına gedən bir çox insanları istifadə edib. Elə Nardaran hadisələrində həbs edilən Fuad Qəhrəmanlı və sairləri kimi...

Bu səbəbləri yazan Ş.Həsənli qeyd edir: "Fərqi görürsünüzmü? Ə.Kərimli özünün "böyüklüyünü", "yek müxalifət lideri" olduğunu, son dövrlər ona qarşı təşkil edilən "hücumlara" baxmayaraq hələ də ayaqda dayandığı görüntüsü yaratmaq, bir sözlə, özünü reklam etmək üçün nə qədər canfəşanlıq göstərib..."

Daha bir xatırlatma edərək deyə bilərik ki, K.Mehdiyev və Paşa Umudov da öz ifşa açıqlamalarında bildirmişdilər ki, Ə.Kərimli uzağı həbs olunmuş cəbhəçi ailələrin bəzilərinə gedərək, birdəfəlik 300 AZN yarıdm göstərirmiş (?!-R.N.) Yəni, onun çirkin siyasətinə güdaz gedənlərin, tələsinə düşənlərin, həbs olunanların qiyməti maksimum olaraq 300 manat dəyərindədir...

İTTİHAM: "Azərbaycan müxalifətində bir çox yeniliklərin - siyasi mədəniyyətsizliyin, siyasi tərbiyəsizliyin, siyasi hoqqabazlığın, siyasi intriqanlığın və ən nəhayət, siyasi dələduzluğun əsasını qoya bilmisiniz"

Nəticə etibarı ilə Ə.Kərimlinin onun "siyasətinə" dəstək verməyənləri "satqın" adlandırmasına cavab olaraq, Ş.Həsənli qeyd edib ki, AXCP-də ən yaxşı halda onun dedikləri ilə oturub-duran əsas "fiqur" məhz sabiq ADP funksioneri, partiyasına xəyanət edərək AXCP-yə keçən və sədr müavini vəzifəsinə təyin olunan müqəvva Nurəddin Məmmədlidir. SİTAT: "Sizlə eyni cür düşünməyən - satqındır, alternativ fikir ortaya qoyan - satqındır, sizə qarşı olan - satqındır, həbsdən vaxtından əvvəl çıxan siyasi dustaqlar - satqındır, hakimiyyət nümayəndələri ilə ünsiyyət saxlayan - satqındır, Ə.Kərimliyə rəqabət yarada biləcək partiya rəhbəri, yaxud ictimai lider varsa - satqındır. Bəs yaxşı, kim satqın deyil, ümumiyyətlə bu satqınlığın kriteriyası, ölçü vahidi, etalonu varmı? Belə bölücülük prinsipləri ilə Azərbaycan müxalifətində bir çox yeniliklərin - siyasi mədəniyyətsizliyin, siyasi tərbiyəsizliyin, siyasi hoqqabazlığın, siyasi intriqanlığın və ən nəhayət, siyasi dələduzluğun əsasını qoya bilmisiniz".

"DQR"ə qanunsuz səfərlər edən Ştetina ilə Əli Kərimlini bağlayan tellər

Bu da son deyil. Misal üçün, bu gün Ə.Kərimlinin ətrafında dolaşaraq onun qazancının qalıq-quluqlarına tamah salanlar arasında reneqat Gültəkin Hacıbəylinin, Cəmil Həsənlinin, N.Ədilovun da paxırlarını açan Ş.Həsənli dolayı yolla bənzər tiplərin əslində, bir-birlərini tamamladıqlarına işarə edib: "Baxın, görün, kimdir bunlar: opportunist G.Hacıbəyli (çox hörmətli, özünü ziyalı sayan Natiq bəy Ədilovun diqqətinə çatdırıram ki, bu söyüş deyil, sadəcə bir siyasi düşərgəni ataraq, digərinə keçən politikanlara belə deyilir), 2005-ci ildə AXCP sədrinin müavini mandatını deputat mandatına dəyişən, yazdığı kitabların bir çoxunun maliyyəsi hakimiyyət tərəfindən ödənilmiş C.Həsənli, öz əmisi qızı olan həyat yoldaşını və iki azyaşlı övladını Sabirabadda ataraq, onların hazırkı yaşayış çətinlikləri barədə xəbəri belə olmayan N.Ədilov, Qarabağa dəfələrlə qeyri-qanuni səfərlər etmiş avrodeputat Yaromir Ştetina ilə Azərbaycanda demokratik dəyişiklikləri müzakirə etməsi ilə öyünən Qənimət Zahid, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı prokurorluqda ifadə verərək Avropaya qaçmış Rahim Hacıyev və bunlara bənzər onlarla digər şəxslər. Bunlar satqın deyilmi?"

Və nəhayət, Ə.Kərimlinin öz oğlunu hərbi xidmətə yollamaqdan imtina etməsini də satqınçılıq adlandıran. Ş.Həsənli Ə.Kərimıliyə aid olan bütün kartları açaraq ictimailəşdirməyə nail olub.

Müxalifətdə Əli Kərimli qədər alçaq hissələrə malik ola biləcək ikinci şəxs axtarılsa da, Şahin Həsənli bu qədər "nüfuza malik" digər müxalifətçi tapa bilmir

Digər tərəfdən, başqa dəlillər və arqumentlər gətirən cəbhəçi növbəti faktları da ortaya çıxrmış olub: "Necə olur, KXCP-dən Milli Şuraya gələn Oqtay Gülalıyev satqın olmadı, amma KXCP-də təmsil olunan digər şəxslərin hamısı satqın çıxdı? Müsavatdan "Milli Şura"ya gələn, həbsdən vaxtından əvvəl buraxılan Tofiq Yaqublu, uzun illər Müsavatda təmsil olunmuş, indi isə ətrafınızda fırlanan İbrahim İbrahimli satqın çıxmadı, lakin həmin partiyaya sədaqət göstərən digər şəxslərə, həbsdən vaxtından əvvəl çıxmış Yadigar Sadıqova, "obyektiv insan" (dırnaqlar bizimdir-R.N.) kimi tanıdığımız Xədicə "xanım" İsmayılovaya sizin göstərişinizə əsasən fürsət düşən kimi sosial şəbəkələrdə olmazın təhqirlər yazıldı, satqın damğası vuruldu. İlqar Məmmədovun həbsdən buraxılmamasının səbəbinin guya hakimiyyətin onu sizə qarşı alternativ kimi yetişdirməsi barədə partiya üzvlərimizə verdiyiniz izahatlara nə deyək?"

Ş.Həsənli müxalifətdə Ə.Kərimli qədər alçaq hissələr malik olan ikinci siyasətçi tanımadığını da bildirib və qeyd edib ki, o, məhz bu çirkin hissləri ilə ilə düşərgədə intriqalar salıb.

Beləliklə, Ə.Kərimlinin sosial şəbəkələrdə saxta profillər vasitəsi ilə siyasət yürütməsini və get-gedə "like"lərinin azalmasını müşahidə etdiyini bildirən Ş.Həsənli sonda çox maraqlı bir araşdırmasını da nümayiş etdirmiş olub. O, şou-biznes sahəsində özünəməxsus qeyri-standart tərzləri və Samiraldo adı ilə tanınan şəxsin sosial şəbəkədəki bəyənmələrinin sayını Ə.Kərimlinin, onun saxta profillərinin, eyni zamanda G.Hacıbəylinin, C.Həsənlinin səhifələrindəki bəyənmələri ilə müqayisə edib. Bəlli olub ki, Samiraldo təkbaşına qazandığı bəyəniləri ilə, yəni "like"ləri ilə bunların hər birindən nüfuzlu, qiymətləndirilən bir fiquruymuş...

Bizcə, həmin faktın özü-özülüyündə hər şey tam çılpaqlığı ilə ortaya qoymuş olur. Əlavə şərhə ehtiyacın qalmadığı üçün bu şərhi elə digər cəbhəçilərlə yanaşı, ictimai rəyin özü də qiymətləndirsin, amma ədalətlə!

Rövşən Nurəddinoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31