"Qarabağ" Olimpiya stadionunda oynayacaqmı? - KLUBDAN AÇIQLAMA

Çempionlar liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" klubunun oyunlarını keçirəcəyi stadion dəyişməyəcək. Bu barədə  "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisi bildirib ki, ev oyunlarının hamısı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Nurlan İbrahimovun sözlərinə görə, "Qarabağ"ın 19 yaşlılardan ibarət komandası isə ev oyunlarını Suraxanıda, "Azərsun Arena"da keçirəcək.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko Madrid" və "Roma" klubları ilə birlikdə mübarizə aparacaq. Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31