Gündəm
Qazaxıstanda təyyarə qəzaya düşdü - Ölən və yaralı var
Qazaxıstanın Alma-Atı vilayətində "МAULE М-7-260С" təyyarəsi qəzaya uğrayıb. Bu barədə Qazaxıstanın mülki aviasiya komitəsinə istinadən xəbər verir. Yüngül mühərrikli təyyarənin göyərtəsində iki nəfər olub. Məlumata görə, pilot ölüb, sərnişin xəsarət alıb.
Gözəllik salonundan oğurluq etmiş qadın saxlanılıb
Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birində pul kisəsi oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də rayon ərazisindəki gözəllik salonlarından birində Bakı şəhər sakini olan bir qadının içərisində 440 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ləman Əlizadə tutulub.
Bakıda oğrular ifşa olundu
Xəzər rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərdən birindən 50 manat pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əmrah Məmmədov, Emin Əliyev və 1 yeniyetmə tutulublar.
Elmar Məmmədyarov: "Ermənistan bunu etiraf edirsə..."
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoaqlandın son açıqlaması ilə bağlı azərtac-a məxsusi müsahibə verib. “Olaylar” müsahibəni təqdim edir.
Hüquq müdafiəçisi: Testdən yüksək balının toplanması qabiliyyətdir, bilik göstəricisi deyil
Azərbaycanda test sisteminin ləğv olunması ilə bağlı fikirlər haçalanmaqdadır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, test sisteminə neqativ münasibəti ciddi qənaətlərinə əsaslanır: “Neçə illərdir dövlət qulluğu üzrə müsahibə komissiyasının üzvü olmuşam.
Müsəlmanlara qarşı növbəti terror - ƏFQANISTAN
Əfqanıstanın paytaxtı Kabildə növbəti terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, paytaxtda yerləşən şiələrə məxsus İmam Zaman məscidində bir kamikadze öncə insanlara silahlı hücum edib. Daha sonra terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb. Ölən və yararalananlar haqqında heç bir məlumat verilmir.
Bu münasibət səni bədbəxt edir... - AYNİŞAN ETİRAF ETDİ
"Sevmək gözəldir, amma yalnız sevildiyini bildiyin halda, sevildiyindən əmin olduğunda... Qarşındakı insan əgər sən onun həyatında var ola-ola hələ də kimlərinsə axtarışındadırsa, nəyi gözləyirsən? Nöqtəni qoy".
Rusiya alimlərindən maraqlı icad – ÖTÜRÜCÜLÜ AYAQQABI
Sibir Federal Universitetinin alimləri Tomsk Politexnik Universitetindən olan həmkarları ilə birlikdə meşədə, adada və s. yerlərdə itmə probleminin innovativ həllini təklif ediblər. Onlar mikroelektromexanik sistemləri texnologiyası əsasında yaradılmış xüsusi ayaqqabı icad ediblər.
Ermənistanda Rusiya vətəndaşı qətlə yetirilib
Ermənistanda Rusiya vətəndaşı öldürülüb. Hadisə avqustun 24-də Kotayk vilayətinin Nor Açin şəhərində baş verib. Şübhəli şəxs qismində saxlanılan 31 yaşlı Q. Ovakim törətdiyi cinayəti etiraf edib.
Avropa Birliyi nümayəndələri BAMF-ın təşkilatçılığı ilə Tərtər və Bərdə rayonlarında olublar
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan hökuməti iləəməkdaşlığı çərçivəsində bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təşviq etməkdə Azərbaycan Hökumətinin göstərdiyi səyləri dəstəkləməyi nəzərdə tutan Regionların və Kənd Yerlərinin İnkişafına yardım proqramı üzrə Tərtər və Bərdə rayonlarının iqtisadi inkişafının gələcək perspektivləri ilə tanış olmaq məqsədi ilə 22-23 avqust tarixlərində bu rayonlara səfər ediblər.
""Qarabağ" hörmət ediləsi rəqibdir" - Françesko Totti
İtaliya futbolunun və "Roma"nın əfsanəsi Françesko Totti Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Yayda futbolçu karyerasını bitirən sabiq milli üzvü "canavarlar"ın "Çelsi", "Atletiko" və "Qarabağ"la eyni qrupa düşməsindən danışıb. Hazırda "Roma" rəsmisi kimi fəaliyyət göstərən Totti bütün rəqiblərə hörmətlə yanaşdıqlarını qeyd edib: "Bilirik ki, "Çelsi", "Atletiko" və "Qarabağ" hörmət ediləsi rəqiblərdi. Biz həmişə rəqiblərə qarşı bu cür davranmışıq. Ancaq "Roma" ilə oyunlar onlar üçün uğursuz alına bilər".
Əmək Nazirliyi tərəfindən 7,1 min uşaq reabilitasiya və sosial xidmətlərlə təmin olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onlara ehtiyaclarına uyğun sosial xidmətlərin göstərilməsi istiqamətində işlər davam etdirilir. Cari ildə nazirliyin xətti ilə 7,1 min nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya və sosial xidmətlərlə təmin olunub.
Daha bir “Cek Pot” uduldu-88 min 560 manat məbləğində
Lotereyalarda daha bir “Cek Pot” uduşu qeydə alındı: “5/36” lotereyasının 5 avqust tarixli tirajında 052084 və 052432 nömrəli lotereya biletlərinin sahibləri 88 min 560 manat məbləğində “Cek Pot”u şərikli udaraq, hərəyə 44 min 280 manat qazandılar. Qeyd etmək lazımdır ki, bu uduş “5/36” lotereyasında 2017-ci il ərzində qeydə alınan altıncı “Cek Pot” uduşudur.
Azərbaycan qadını: tarix və bu gün
Ölkəmizin gender tarixinə nəzər saldıqda əsrlər boyu bu torpaqda yaşayıb dəyişən nəsillərin dünyanın əksər bölgələrində olduğu kimi, tam patriarxal sosial sistemdə yaşadığını iddia etmək doğru olmazdı. Azərbaycan qadını tarixin bütün dönəmlərində azad düşüncəli və nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir.
Milli mənəvi dəyərləri özünün həyat tərzində, əxlaq və düşüncəsində yaşadan birinci xanım
Azərbaycan özünün dövlətçilik təcrübəsi, ulu məskənlərimizin memarlıq abidələri, mədəniyyəti, milli-mənəvi dəyərlərilə qədim tarixə malik bir ölkə olduğundan hər zaman, xüsusən də son illər dünya miqyasında özünə böyük maraq oyada bilmişdir. Bu marağa bir səbəb də onun güclü və nüfüzlu bir dövlət kimi tanınması, böyük bir yaşam tariximizin multikultural ənənələrini, tolerantlığı dünyaya inteqrasiya edə bilməsi ilə əlaqədardır.









.jpg)


.jpg)

