Gündəm

Kamaləddin Qafarov: Uğurların qazanılmasında  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin və təşkilatçılığının böyük rolu var

25 Avqust 2017 13:36

"Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox prioritet sahələr üzrə möhtəşəm uğurlar əldə edib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır.

ABŞ-dan Fətullah Gülənə ŞOK — Rədd cavabı aldı

25 Avqust 2017 13:34

ABŞ-ın Tennesi ştatında fəaliyyət göstərən və Fətullah Gülənə aid "READ" xeyriyyə qurumunun məktəb açmaq təklifinə rədd cavabı verilib. Xeyriyyə cəmiyyəti ştaın ən böyük şəhəri Memfisdə üç yeni məktəb açmaq niyyətində olub. Rədd cavabına səbəb isə xeyriyyə təşkilatı və məktəb arasında maliyyə münasibətlərinin ziddiyətli olmasıdır.

Deputat: “Sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin dezinformasiyasıdır”

25 Avqust 2017 13:30

“Türkiyə-Ermənistan sərhədlərinin açılması iləbağlı gündəmdə heç bir məsələ yoxdur”. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. R.Musabəyov  bildirib ki, sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin yaydığı dezinformasiyalardır: “Ermənistanla sərhədlərin açılması Türkiyənin nəyinə lazımdır?Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözünün sahibidir.

“Ermənistan düşmən münasibətindən əl çəkmədikcə sərhədlərin açılması mümkün deyil”

25 Avqust 2017 13:22

Türkiyənin Ermənistanla sərhədləri açması əsla mümkün deyil. Bu fikri Türkiyədən olan siyasi ekspert Cağatay Balcı açıqlamasında deyib. O qeyd edib ki, Türkiyənin bu məsələdə prinsipial mövqeyi var.

Ukrayna prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı

25 Avqust 2017 13:20

Ukrayna Prezidenti Pyotr Poroşenko azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovu mükafatlandırıb. Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə prezident tərəfindən mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş S.Qurbanov da var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" mükafatına layiq görülüb.

Asim Mollazadə: “Türkiyə üçün belə bir sazişdə iştirak əlverişli deyil” 

25 Avqust 2017 13:18

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında Ermənistanla sərhədlərin açılmaması ilə bağlı öz mövqeyini bildirmişdi. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənədək Ermənistanla sərhədlər açılmayacaq”. Bunu millət vəkili Asim Mollazadə deyib.

Mübariz Əhmədoğlu: "Ermənistanda hakim partiya Rusiyaya meydan oxuyur"

25 Avqust 2017 13:16

Hakim “Respublika” partiyasının avqustun 17-də keçirilən iclası Ermənistanın siyasi mühitində formalaşmış ənənələrdən kənara çıxma oldu. Bu yığıncaq və orada müzakirə olunacaq məsələlər barədə əvvəldən anons edilmədi. Əksərən müzakirə olunan məsələlər və ya şəxslər mətbuatda geniş müzakirə olunur. 

Ronaldo: "Bu mükafatı yenidən almaq böyük şərəfdir"

25 Avqust 2017 13:15

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo avqustun 24-də Monakoda baş tutan mərasimdə UEFA versiyasında ötən mövsümün ən yaxşı futbolçusu mükafatına sahib çıxıb. Portuqalialı ulduz növbəti dəfə Avropanın ən güclüsü olmasına belə münasibət bildirib: "Hər il mənim hədəflərim dəyişilməzdir.

Naz sərxoş olub, içkini sinəsinə axıtdı - VİDEO

25 Avqust 2017 13:14

Zuhal Topalın evlilik verilişinə qatıldıqdan sonra sosial şəbəkədən etdiyi paylaşımları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila yenidən Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb.

Meteohəssas insanlarda narahatlıq yaranacaq

25 Avqust 2017 13:12

Avqustun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Qaçaqmalçılıq yolu ilə  telefon keçirilməsi cəhdinin qarşısı alınıb

25 Avqust 2017 13:05

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Naz Lifan” markalı avtomobilə gömrük baxışı keçirilib.

Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezidentə müraciət etdi

25 Avqust 2017 13:04

Azərbaycan Mətbuat Şurası “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Mətbuat Şurasından verilən məlumata görə, müraciətdə deyilir: “Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

874 kiloqram çətənə kolu məhv edilib

25 Avqust 2017 13:02

Tovuz rayonunun Qovlar şəhəri ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qovlar şəhəri ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 874 kiloqram olan 612 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Rels altlığı oğurlayanın qolları qandallanıb

25 Avqust 2017 13:01

Ucar dəmir yolu stansiyası ərazisindən rels altlıqları və bolt-qaykaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar dəmir yolu stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.

Salyanda 4 otaqlı ev yanıb

25 Avqust 2017 12:59

Salyan rayonu, Xələc kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə   yanmıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.