Deputat: “Sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin dezinformasiyasıdır”

“Türkiyə-Ermənistan sərhədlərinin açılması iləbağlı gündəmdə heç bir məsələ yoxdur”. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. R.Musabəyov  bildirib ki, sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin yaydığı dezinformasiyalardır: “Ermənistanla sərhədlərin açılması Türkiyənin nəyinə lazımdır?Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözünün sahibidir.

"Türkiyə-Ermənistan sərhədlərinin açılması iləbağlı gündəmdə heç bir məsələ yoxdur". Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib. R.Musabəyov  bildirib ki, sərhədlərin açılacağı barədə yayılan məlumatlar ermənilərin yaydığı dezinformasiyalardır: "Ermənistanla sərhədlərin açılması Türkiyənin nəyinə lazımdır?Düşünürəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözünün sahibidir. Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sərhədləri açası deyil. Nə dəyişib ki, Türkiyə öz sözündən dönsün? Türkiyənin buna nə ehtiyacı var? Heç bir ehtiyacı yoxdur. Ona  görə də, narahtlıq üçün heç bir səbəb görmürəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31