Gündəm
Deputat: Təhsillə bağlı qərar geniş xalq müzakirəsindən sonra qəbul edilməlidir
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar narazılıqla qarşılanır. DİM sədri deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər.
Samsung şirkətinin rəhbəri həbs edildi
Cənubi Koreya məhkəməsi Samsung şirkətinin rəhbəri Lee Jae Yongu həbs edib.“Olaylar” bildirir ki, şirkət rəhbəri ölkə rəsmilərinə rüşvət təklif etməkdə, mənimsəmə, qanunsuz gəlirlərin gizlədilməsi, vəsaitlərin qanunsuz xaricə köçürülməsi, yalançılıqda ittiham olunur.
Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir
Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib.
Nə qədər xarici dövlət borcumuz var?
01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon ABŞ dolları (12,208.5 milyon manat) olub. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Hicran Hüseynova Ağsuda vətəndaşları qəbul edəcək
29 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Ağsu rayonunda saat 11:00-da Ağsu Yaradıcılıq Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
“Qarabağ” Ermənistanın başına daş saldı”
“Qarabağ” komandası Azərbaycan futbol tarixində daha bir ilkə imza atıb. Belə ki, komandamız Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramına görə fətva verdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Fətvada deyilir ki, qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir: "Bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır.
Bu deyilənləri Ermənistana kim qəbul etdirəcək?
İrəvan hər zaman arabanı atın önünə çıxarmağa çalışır. "Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənin həlli ilə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin "mərhələli həll" variantını ehtiva edir.
Ermənistan transmilli terrorçuların sığınacağına çevrilib
Yayın əvvəlində Parisin yaxınlığındakı Kretey şəhərində yerli müsəlman icmasına qarşı terror aktı törədilib - sürücü avtomobili məscid qarşısında dayanan adamların üzərinə sürməyə cəhd göstərib. Xoşbəxtlikdən, hadisə zamanı ölən olmayıb-avtomobil divara çırpıldığından polis sürücünü yaxalaya bilib.
Nə məktəbə gedir, nə də işə! - Elə bir iş gördü ki,18 yaşında milyonçu oldu
Məktəbdən və müəllimlərindən nifrət edən Erik Finman 18 yaşında milyonçu olub. 18 yaşında öz səyləri nəticəsinlər milyonlar qazanan Erik Finmanın həyat hekayəsini təqdim edir. 12 yaşında məktəbdə aldığı təhsildən qane olmayan Finman ailəsiylə müqavilə imzalayır. Müəllimlərindən nifrət edən Erik Finman valideynləri ilə mərcə girərək milyoner olacağına söz verir. Oğlan sözünün üstündə dayanır. O, 18 yaşına çatanda artıq kifayət qədər sərvəti olan milyonçu idi. Üstəlik bunun üçün nə məkbətə gedib təhsil alır, nə də işləyir.
Ölkəyə qanunsuz yolla elektron cihazların gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib. “Olaylar” Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, baxış zamanı, vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Cavid Osmanov: Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir
“Prezident İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır”. Bubu deyən millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov bildirib ki, regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Onun sözlərinə görə, ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir: “Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir. yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır.
NATO-nun baş katibi yol qəzasına düşüb
NATO-nun baş katibi Yens Stoltenberq Varşavada yol qəzasına düşüb. “Olaylar” xarici mediaya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində hökumətin mühafizəsinin təşkil edən büronun avtomobilləri istirak edib. Avtomobilin birində Yens Stoltenberqin olduğu bildirilir. Qəzada ikisi polis olmaqla dörd nəfər xəsarət alıb.
Ədalət Vəliyev “Cinema Plus” kinoteatlar şəbəkəsinin direktoru ilə görüşdü
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev “Cinema Plus” kinoteatrlar şəbəkəsinin direktoru Zaur Darabzadə və “Park Cinema” kinoteatr şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundovla Nazirlikdə görüş keçirib.
11 müəllimin diplomu saxta çıxdı
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.














