Gündəm
““Adamcığazlar” bölgəyə yeridiləcək” – Müharibə SSENARİLƏRİ
“ABŞ və Çin arasında ticarət müharibəsi Şimali Koreyanın təcavüzkar siyasətinə görə əsl müharibəyə çevrilə bilər”. Bunu “Obozrevatel.LIVE”nin efirində ekspert, beynəlxalq hüquq mütəxəssisi Andrey Buzarov söyləyib. Onun sözlərinə görə, Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) öz maraq zonası kimi baxır və Pekin Ağ Evin sanksiyalarına baxmayaraq, Pxenyanı heç vaxt Vaşinqtonla təkbətək qoymayacaq.
Azərbaycanlı qızın rəqsi marağa səbəb oldu - VİDEO
Toyda şıdırğı rəqs edən xanım böyük marağa səbəb olub. Toy mərasimində çəkilən görüntülər xeyli maraq yaradıb. Xanımın geyimini müzakirə edən sosial şəbəkə istifadəçiləri iki yerə bölünüb. Bəziləri qadına şıdırğı rəqsin yaraşmadığını, digərləri isə əksinə, yaraşdığını düşünür.
"Qarabağ"ın qələbəsi dünyada əks-səda doğurdu
Azərbaycanın “Qarabağ” futbol klubunun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində eyniadlı klubla UEFA Çempionlar Liqasının "pley-off" mərhəlində ümumi qələbə qazanaraq qrup mərhələsinə yüksəlməsi bütün dünyada böyük-əks səda doğurdu.
Azərbaycanın UEFA reytinqi açıqlandı
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Keçirilən 22 matç ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 18.625 xalla 22-ci pillədə qalıb. Təmsilçilərimizin bu mövsümkü qazancı 3.875-dir.
TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub
Sabah Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır. Təhsil Nazirliyindən verilən xəbərə görə, avqust ayının 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb.
Müşviq Şahverdiyev EVLƏNİR: GÖRÜN KİMİNLƏ...
Tanınmış aktyor bu ilin sonuna kimi evlənmək istəyir. Ürəyini oxucularına açan 33 yaşlı Müşviq Şahverdiyev şəxsi həyatından və evlənəcəyi xanımdan danışıb: "Hər zaman düşünürdüm ki, evlənəcəyim xanım həkim olacaq.
Yol polisini yerə yıxıb qandallayıb apardılar - VİDEO
Həmişə polisin mülkü şəxsi tutub qoluna qandal vurduğunu görürdük. Bu dəfə isə əksinə olub. Belə ki, mülkü şəxslər yol polisi əməkdaşı günün günorta çağı elə iş başındaca həbs ediblər.
Türkiyə namizədini açıqladı - OSKARA
Türkiyə bu il Oskara namizədini açıqlayıb. “Olaylar” bildirir ki, Türkiyə Mədəniyyət Nazirliyinin 17 nəfərdən ibarət komissiya üzvləri13 film arasından Can Ulukayın “Ayna” filminin namizədliyini irəli sürüblər.
Səhiyyə naziri Göygöldə
Avqustun 25 – də Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. “Olaylar” bildirir ki, nazir Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Nazir vətəndaşları qəbul edəcək
Sentyabr 8 – də Yardımlı şəhərində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Heydər Əliyev Mərkəzində Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Meyiti tapılan qadın intihar edibmiş
Bakı bulvarında suda meyiti tapılan qadının şəxsiyyəti müəyyənləşib. Məlumata görə, araşdırmalar nəticəsində onun 1944-cü il təvəllüdlü Rəfiqə Şahab qızı Mustafayeva olması müəyyən edilib. R. Mustafayevanın intihar etdiyi bildirilir. Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
302 İŞİD- çi məhv edildi
İraqın Telafer şəhərinin üç məhəlləsi İŞİD terrorçularından təmizlənib. İraq ordusunun sayəsində altı gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının çoxlu sayda itgiləri olub. “Olaylar” bildirir ki, azad olunan Cezirə, Hadra, Vihda məhəllələri uğrunda döyüşdə 302 terrirçu məhv edilib.
Bakıda 13 yaşlı qız itkin düşüb
Paytaxt Bakıda 13 yaşlı qız itkin düşüb. Məlumata görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 2004-cü il təvəllüdlü Lamiyə Elmir qızı Hacıyevanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında axtarışlara başlanıb.
Tələbə adını qazanan abituriyentlərin qeydiyyatı başa çatır
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı avqustun 25-də başa çatır. Bu barədə DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
600-dən çox bal toplayan gənclər ictimaiyyətə tanıdılacaq
Dövlət İmtahan Mərkəzi (DİM) 600-dən çox bal toplayan gənclərə müraciət edib. DİM-dən verilən xəbərə görə, müraciətdə bildirilib ki, mərkəz artıq neçə ildir, (əvvəlki illərdə TQDK) ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir: "Bu il də ənənə davam etdiriləcək.














