Tələbə adını qazanan abituriyentlərin qeydiyyatı başa çatır

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı avqustun 25-də başa çatır. Bu barədə DİM-dən  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00 dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı avqustun 25-də başa çatır. Bu barədə DİM-dən  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00 dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Məlumat üçün bildirək ki, abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31