Gündəm
Türkiyə-Ermənistan sərhədləri açılır?
"Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz". Bunu rəsmi Ankara və Avrasiya İqtisadi İttifaqı arasında mümkün əməkdaşlıq məsələsini şərh edən Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış deyib. E.Bağış qeyd edib ki, Azərbaycan və Türkiyə strateji tərəfdaşdırlar: "Türkiyə Azərbaycanın maraqlarına zərər verə biləcək nəsə etməyəcək".
Prezident İlham Əliyev "Buta Airways" aviaşirkətinin Bakıya gətirilən ilk "Embraer 190" təyyarəsi ilə tanış olub
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları" QSC-nin nəzdində yaradılan "Buta Airways" aviaşirkətinin Bakıya gətirilən ilk "Embraer 190" təyyarəsi ilə tanış olub.
Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bir sıra qərarlar qəbul edildi
Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qərara parlamentlə əlaqədar bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, deputatlara qarşı istintaq seçkilərə qədər və ya seçkilərdən sonra aparıla bilər.
“Hücum pilotlarının siyahısını mən hazırladım”
Türkiyə polisi tərəfindən 13 aylıq axtarışdan sonra Antaliyada ələ keçən çevriliş cəhdində şübhəli bilinən hərbçi - polkovnik-leytenant Özcan Karacan xəyanət gecəsi Ankarada mühüm dövlət binalarına hücum edən helikopterlerin pilotlarının özünün seçdiyini etiraf edib. Çevrilişə cəhd zamanı o Ankaradakı pilotlara "Vətəndaş, əsgər, polis hamısı düşmənimizdir. Onlara heç bir seçim yeri qoymadan atəş açın" əmrləri verən FETÖ-cü keçmiş polkovnik-leytenant Özcan Karacan Antaliyada saxta şəxsiyyət vəsiqəsi ilə tutulub.
Azərbaycanlı "qanuni oğru" güllələndi - "Lotu Quli" göndəribmiş
Tanınmamış Abxaziya Respublikasının Qudaute şəhərində azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Rəşad Gəncinski kimi tanınan Rəşad İsmayılov güllələnib.
Əməkdar artist: "Sevgilimə yazdığım məktubu arvadıma verdilər"
Əməkdar artist, tanınmış aktyor Çingiz Əhmədov nəhayət ki, serialda görünəcək. Açıqlama verən aktyor ilk dəfədir ki yerli serialda çəkildiyini deyir: “Rejissor Ramin Hacıyevin çəkdiyi “Xalxın evi” komediyasında baş rolu mənə həvalə ediblər. Artıq çəkilişlər başlayıb. Sözün düzü, düşünürdüm ki, bu gün reytinqləri dağıdan “Vicdan haqqı” serialı nümayiş olunur, hansısa serialda çəkilsəm, çətin baxılar. Ramini tanıdığım üçün bildim ki. bu serial baxılacaq və tamaşaçını ekran qarşısına toplaya biləcək. Şou əhlinin təbirincə desəm, serial “partladacaq”. Çünki Ramin çox istedadlı rejissordur. O, məni inandırdı və belə deyim də “saqqızımı” oğurladılar. İkiillik müqavilə bağladım və bu müddət ərzində bir neçə seriala çəkiləcəm”.
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
2018-ci ilin sentyabrın 1-dən minlərlə müəllimin maaşı artırılacaq. Ötən gün bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, diaqnostik qiymətləndirmə ilə yanaşı hər tədris ilinin sonunda mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə işə qəbul edilən müəllimlərin də əmək haqları artırılmalıdır.
Zəhra və nənəsinin qətli ilə bağlı Avropa Məhkəməsinə müraciət edildi
Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlılar- iki yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.
Mirhəsən Seyidov: “Bütün ölkə “Qarabağ”ın uğuruna sevinirdi"
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, “Qarabağ” dünyaya bizim olduğunu və gücümüzü çatdırdı: “Ölkədə hamı “Qarabağ” klubuna inanırdı. Bu inam futbolçularımıza çox böyük dəstək və güc verirdi. Tarixi uğurumuz oldu bu oyun. Bizim bu kimi uğurlara imza atan gənclərimiz var. Yetişməkdə olan bu gəncliklə Azərbaycan böyük uğurlara imza atacaq və Qarabağda “Qarabağın” oyunu keçiriləcəkdir. Burda inam amili çox vacib nüansdır. Necə ki, bütün ölkə dünənki uğurun qazanılacağına, futbolçularımıza inanırdıq.
Politoloq: “Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır, açıla da bilməz”
“Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyaları kimin yaydığı mənbə bəlli deyil. Bəzi saytlar bu haqda həqiqətə uyğun olmayan məlumatlar yayırlar”. Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Məşhur aktyor vəfat etdi
Amerikalı komik aktyor və radio aparıcısı Cey Tomas 69 yaşında vəfat edib. Cey Tomas “Mörfi Braun” serialındakı roluna görə iki dəfə “Emmi” mükafatına layiq görülüb. O, “Rey Donovan”, “Batman”, “Sevgi qayığı” və digər filmlərdə də çəkilib. Habelə “Sirius Satellite” radiosunda “The Jay Thomas Show” proqramını aparıb.
2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyüldü
Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb. Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib. Bildirilir ki, hadisə Seyhan çayı sahilindəki Mərkəzi Parkda baş verib. İddia edilir ki, Sinan T adlı şəxs, parkda dostları ilə birgə gəzən 14 yaşıdakı S.A və H.T-yə qarşı təhqir edici ifadələr işlədərək, təcavüz etmək niyyətində olub. Parkda gəzən qız uşaqlarının həmin andaca qışqırması, parkda olan digər vətəndaşları hadisədən xəbərdar edib. Sinan T, qaçmağa çalışsa da parkda olan vətəndaşlar tərəfindən tutularaq şiddətli şəkildə döyülüb.
“Roma”nın baş məşqçisic “Qarabağ”dan danışdı
O, rəqibləri olan “Çelsi”, “Atletiko” və “Qarabağ” barədə danışıb. “Mən püşkatmaya komandamla birgə baxdım. “Çelsi” və “Atletiko” böyük klubdur. “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz. Son 4 ildə “Atletiko” iki dəfə ÇL-in finalında oynayıb. Onlar belə səviyyədə oynamağa öyrəşiblər. Madridlilər yaxşı futbol oynamaya bilərlər, amma həmişə yaxşı nəticə qazanırlar. “Çelsi” də çox güclüdür.
“Böyük Füzulimizin yadigarı mən özüməm”
Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçiriləcək. Saraydan “Olaylar” – a bildirilib ki, gecədə Respuklikanın Xalq artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.
Qan və kök hüceyrədən süni dəri hazırlandı
İnsan bədənində hər növ yaranın təmirində istifadə edilən bir maddə var ki o da qan laxtasıdır. Yəni yaralanma dəridə, qaraciyərdə ya da sümüklərdə də olsa, böyrəyiniz də parçalansa bu ortaq maddə, yəni qan laxtası istifadə edilir.














