Politoloq: “Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır, açıla da bilməz”
“Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyaları kimin yaydığı mənbə bəlli deyil. Bəzi saytlar bu haqda həqiqətə uyğun olmayan məlumatlar yayırlar”. Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib.
25 Avqust 2017 11:16 Siyasət"Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyaları kimin yaydığı mənbə bəlli deyil. Bəzi saytlar bu haqda həqiqətə uyğun olmayan məlumatlar yayırlar". Bunu açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Avrasiya İttifaqına qoşulmaq məsələsi müəyyən prosedur tələb edir: "Bu o qədər də tez həllini tapan məsələ deyil. Türkiyənin AİB-nə qoşulması isə daha da çətin prosesdir. Türkiyə tərəfindən "biz Gömrük İttifaqına qoşula bilərik" bəyanatı Almaniyaya bir mesajdır. Bu ölkənin Avropa Birliyinin üzvü olmamasına baxmayaraq artıq bir neçə ildir ki, Aİ ilə Türkiyə arasında gömrük sazişi qüvvəsindədir. Ölkə siyasi, iqtisadi, hərbi cəhətdən Qərbə inteqrasiya olunub. İndi bütün bunları bir kənara qoyub siyasi kursu dəyişmək elə də asan olmayacaq. Qərb Türkiyənin xarici siyasət kursunun dəyişməsinə imkan verməyəcək.
O ki qaldı yenə ara-sıra gündəmə gələn Türkiyə-Ermənistan sərhədlərinin açılmasına, yəqin bir neçə il əvvəl Azərbaycanın sərt mövqeyini hamı yaxşı xatırlayır. Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmamalıdır, açıla da bilməz". Sia.az