“Hücum pilotlarının siyahısını mən hazırladım”

Türkiyə polisi tərəfindən 13 aylıq axtarışdan sonra Antaliyada ələ keçən çevriliş cəhdində şübhəli bilinən hərbçi - polkovnik-leytenant Özcan Karacan xəyanət gecəsi Ankarada mühüm dövlət binalarına hücum edən helikopterlerin pilotlarının özünün seçdiyini etiraf edib. Çevrilişə cəhd zamanı o Ankaradakı pilotlara "Vətəndaş, əsgər, polis hamısı düşmənimizdir. Onlara heç bir seçim yeri qoymadan atəş açın" əmrləri verən FETÖ-cü keçmiş polkovnik-leytenant Özcan Karacan Antaliyada saxta şəxsiyyət vəsiqəsi ilə tutulub.

15 İyulda hücum helikopterləri taborunun komandiri olan Karacan çevriliş cəhdindən üç gün əvvəl tuğgeneral Ünsal Coşkundan çevrilişə hazırlıq təlimatını aldığını söyləyib: "Coşkun məndən güvəndiyim insanlardan ibarət hücum pilotlarını seçməyimi istədi. Zərbə gecəsi Ankara səmalarında ölüm saçan helikopterlərin yönləndirilməsi və digər vəzifələrin də özünə verdiyini söyləyib.  Sia.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31