Gündəm
"Sizə yazığım gəlir" deyib tərk etdi
Aktrisa Sibel Kekilli İnstaqram hesabını bağlayıb. Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya son zamanlar tənqidedici mesajlar yazıblar. Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən mesajlardan təngə gəlib və son dəfə aşağıdakı mesajı izləyiciləri ilə bölüşdükdən sonra hesabını bağlayıb: "Özünüzü müsəlman adlandırıb başqa insanlara, xüsusən qadınlara hörmət etmirsiniz. İkiüzlü, nifrət dolusunuz. Sizə yazığım gəlir. Məni təqib etməkdən əl çəkin".
Müğənninin döydüyü arvadı ona geri qayıtdı
Müğənni Mustafa Topaloğlu tərəfindən döyüldüyü üçün ondan ayrılan Dərya Topaloğlu yenidən ərinə qayıdıb. Sənətçinin18 illik həyat yoldaşı və 2 uşağının anası vaxtilə döyülmüş şəkillərini sosial şəbəkədə paylaşaraq gündəm olmuşdu. Maqazin verilişlərinin birində dalaşan cütlük yenidən barışıb. Bu haqda Mustafa özü danışıb: "O elə bilmişdi ki, onu bilərək vurmuşam.
Polşa müdafiə xərclərini 55 milyard dollar artırıb
Polşanın hakimiyyət orqanları qarşıdan gələn 15 il ərzində müdafiəyə ölkə büdcəsindən əlavə 55 milyard dollar ayıracaq. Bunu Polşa müdafiə nazirinin müavini Tomaş Şatkovski Röyter agentliyinə müsahibəsində söyləyib.
"Qarabağ"ın meneceri Monakodan: "Hansı komanda ilə rəqib olmaq istəyirik sualına gəlincə..."
Xəbər verdiyimiz kimi, bu gün saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək püşkatma ilə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq. Püşkatmada "Qarabağ" futbol komandasını klubun baş meneceri Asif Əsgərov təmsil edir.
İlin ən yaxşı futbolçusu müəyyənləşir
Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanacaq. Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mükafatı qazanmağa 3 namizəd var.
Zidan danışıqlarsız müqavilə imzaladı
Madrid "Realı"nın baş məşqçisi Zinəddin Zidan klubla yeni sazişə imza atıb. Fransalı mütəxəssis klubdan düşünmək üçün ona vaxt verilməsini istəməyib. Zidanın məvacibi 4,35 milyon avrodan 8 mln. avroya qədər artırılıb.
Moskvada Qurban bayramı ilə əlaqədar bir neçə məktəb bağlanacaq
Rusiyanın paytaxtı Moskva və bir neçə regionda məscidlərin yaxınlığında yerləşən bəzi məktəblərdə Qurban bayramı münasibəti ilə tədris sentyabrın 1-dən 4-nə keçirilib. Bu barədə Rusiya Müsəlmanları İttifaqının rəhbəri Albir Krqanov deyib.
“M6 Note” smartfonu təqdim edilib
“Meizu” şirkəti orta qiymət kateqoriyasına aid olan yeni “M6 Note” smartfonunu təqdim edib. Metal korpusa malik aparat 5,5 düymlük ekran, 1920x1080 nöqtə (Full HD) təsvir ölçülü displey və səkkiznüvəli 2 QHs takt tezlikli “Snapdragon 625” prosessoru ilə təchiz edilib. “Meizu M6 Note” smartfonu 12 və 5 meqapiksellik təsvir ölçülü “Sony IMX362” və “Samsung 2L7” datçiklərinə malik ikiqat əsas kamera ilə təchiz edilib.
Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb
Süni intellekt tərəfindən musiqi əsərlərinin bəstələnməsi, musiqi albomlarının yazılması artıq reallıqdır. Belə ki, “IAMAI” musiqi albomu tamamilə elektron bəstəkar tərəfindən yazılmış musiqidən ibarətdir.
Dünyada ən sürətli smartfon bəlli olub
Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.
Böyük Britaniyada ən kiçik robot cərrah hazırlanıb
Tibbi avadanlıq istehsalı üzrə ixtisaslaşmış Britaniyanın “CMR” şirkətinin mühəndislərinin məlumatına görə, böyük ölçülü robotlarla rəqabət aparmaq qabiliyyətinə malik və incə əməliyyatların icrası üçün nəzərdə tutulmuş ucuz, yığcam və təcrübəli robot hazırlanıb.
“Samsung” şirkəti “Galaxy Note8” smartfonunu təqdim edib
“Samsung” korporasiyası yeni “Galaxy Note8” smartfonunu təqdim edib. Smartfon 1440x2960 piksel təsvir ölçülü və 18,5:9 tərəflər nisbətinə malik 6,3 düymlük displeylə təchiz ediləcək. Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, həmçinin “IP68” standartına uyğun olaraq su və toza qarşı davamlıdır. “Note8”, həmçinin səkkiznüvəli “Exynos 8895” prosessoru və 6 QB-lıq əməli yaddaşla təchiz edilib.
Hamilə qadınlar mütləq bu vitamini qəbul etməlidir!
Avstraliya alimləri müəyyən ediblər ki, qadınlar hamiləlik dövründə mütləq B3 vitamini qəbul etməlidirlər. “Simptomer.ru” saytının yazdığına görə, B3 vitamini uşaqsalma ehtimalını azaldır, habelə dölün qüsursuz inkişafını təmin edir. Bu fikri təsdiqləmək məqsədilə sınaqlar keçirilib. Eksperimentdə ya daim uşaqsalan, ya da patologiyalı, o cümlədən ürək xəstəliyi, onurğa sütunu inkişafının pozulduğu, böyrək xəstəliyi olan uşaq doğan dörd qadın iştirak edib. Təkcə həmin qadınların deyil, onların ailə üzvlərinin də DNT analizi aparılıb.
ŞAD XƏBƏR: Qaraciyərin bərpası artıq mümkün olacaq!
Qaraciyərin bərpası artıq mümkün olacaq. Şotlandiyanın Bərpa mərkəzi, ABŞ-ın Massaçussets Texnologiyalar institutu və Skolko Elm və Texnologiya İnstitutu öd kisəsi yolları və qaraciyər toxumalarının bərpasının mümkünlüyünü nümayiş etdirib. Belə ki, qaraciyər insan orqanizmində bərpa funksiyasının mövcud olduğu orqanlardandır.
Bu məhsul piylənmənin qarşısını alır!
Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar. Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.














