İlin ən yaxşı futbolçusu müəyyənləşir

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanacaq. Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşəcək.  Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mükafatı qazanmağa 3 namizəd var.

Bu gün Avropanın ən yaxşı futbolçusunun adı açıqlanacaq. Çempionlar Liqasının püşkatma mərasiminin keçiriləcəyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşəcək.  Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Mükafatı qazanmağa 3 namizəd var. Bunlar Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo, "Barcelona"nın futbolçusu Lionel Messi və "Juventus"un kapitanı Canluici Buffondu. Messi və Ronaldo indiyə qədər hərəyə 2 dəfə bu nominasiyada qalib gəldikləri halda, Buffon ilk uğurunu qazana bilər.

Qeyd edək ki, ötən il Avropanın ən yaxşı oyunçusu Kriştiano Ronaldo seçilib. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31