Dünyada ən sürətli smartfon bəlli olub

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.

Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar "AnTuTu" testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.
"AnTuTu" reytinqinin yaradıcılarının qiymətləndirməsinə görə, hazırda Çinin "OnePlus 5" (181 min bal) ən sürətli smartfon hesab edilir, "HTC U11" (180 min bal) ikinci yeri, "Samsung Galaxy S8+" (172,6 min bal), "Galaxy S8" (172,4 min bal) və "Xiaomi Mi6" (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.

Ən məhsuldar smartfonların siyahısına, həmçinin "iPhone 7 Plus", "Sony Xpreia XZ Premium", "iPhone 7", "OnePlus 3T" və "OnePlus 3" smartfonları daxil edilib. "ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31