"Sizə yazığım gəlir" deyib tərk etdi
Aktrisa Sibel Kekilli İnstaqram hesabını bağlayıb. Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya son zamanlar tənqidedici mesajlar yazıblar. Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən mesajlardan təngə gəlib və son dəfə aşağıdakı mesajı izləyiciləri ilə bölüşdükdən sonra hesabını bağlayıb: "Özünüzü müsəlman adlandırıb başqa insanlara, xüsusən qadınlara hörmət etmirsiniz. İkiüzlü, nifrət dolusunuz. Sizə yazığım gəlir. Məni təqib etməkdən əl çəkin".
24 Avqust 2017 20:26 DünyaAktrisa Sibel Kekilli İnstaqram hesabını bağlayıb. Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya son zamanlar tənqidedici mesajlar yazıblar. Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən mesajlardan təngə gəlib və son dəfə aşağıdakı mesajı izləyiciləri ilə bölüşdükdən sonra hesabını bağlayıb: "Özünüzü müsəlman adlandırıb başqa insanlara, xüsusən qadınlara hörmət etmirsiniz. İkiüzlü, nifrət dolusunuz. Sizə yazığım gəlir. Məni təqib etməkdən əl çəkin".
Xatırladaq ki, aktrisa ən son 2006-cı ildə "Evə dönüş" serialının çəkilişləri üçün Türkiyəyə gəlmiş və uzun müddət orada qalmışdı.
Qeyd edək ki, "Qızıl Ayı" və "Qızıl Portağal" mükafatlarını qazanan S.Kekilli 2004-cü ildə Almaniyanın ən vacib 100 adamı sırasında 33-cü olmuşdu. Axşam.az