"Qarabağ"ın meneceri Monakodan: "Hansı komanda ilə rəqib olmaq istəyirik sualına gəlincə..."
Xəbər verdiyimiz kimi, bu gün saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək püşkatma ilə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq. Püşkatmada "Qarabağ" futbol komandasını klubun baş meneceri Asif Əsgərov təmsil edir.
24 Avqust 2017 20:02 İdmanXəbər verdiyimiz kimi, bu gün saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək püşkatma ilə "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq. Püşkatmada "Qarabağ" futbol komandasını klubun baş meneceri Asif Əsgərov təmsil edir.Asif Əsgərov püşkatma öncəsi təəssüratını lent.az-a danışıb: "Komandamızı Bakıya yola salıb, Kopenhagendən birbaşa Monakoya gəldik. Püşkatma Bakı vaxtı ilə saat 8-də olacaq. 8 komandadan ibarət 4 qrup var. "Qarabağ" 4-cü qrupdadır. 1, 2 və 3-cü potlarda iştirak edəcək rəqiblərimiz ağlımıza gələn - dünyanın ən güclü komandalarıdır. Orada "Real-Madrid", "Barcelona", "Atletiko- Madrid", "Bavariya", "Yuventus", "Çelsi" və s. kimi güclü klublar. Bunların hər hansı biri ilə rəqib olmaq ehtimalımız var. Hansı komanda ilə rəqib olmaq istəyirik sualına gəlincə, komanda adı çəkmək düzgün olmaz. Komandaların hamısı güclüdür, şərəfdir ki, bu komandalardan 3-ü Azərbaycana gələcək". Milli.az