Moskvada Qurban bayramı ilə əlaqədar bir neçə məktəb bağlanacaq

Rusiyanın paytaxtı Moskva və bir neçə regionda məscidlərin yaxınlığında yerləşən bəzi məktəblərdə Qurban bayramı münasibəti ilə tədris sentyabrın 1-dən 4-nə keçirilib. Bu barədə Rusiya Müsəlmanları İttifaqının rəhbəri Albir Krqanov deyib.

Onun sözlərinə görə, məsələ Moskva, Sankt-Peterburq və digər regionlarda müzakirə olunub və qərara gəlinib ki, bir neçə məktəb yeni dərs ilinə sentyabrın 4-dən başlasın. Lakin məktəblərdə bu məlumatı təsdiqləməyiblər. Dumada da məktəblərin bağlanması ideyası tənqid olunub. Senator Oleq Kazakovçev Rusiyanın dünyəvi dövlət olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31