Gündəm

Bu da oldu: Yasda dua oxuyan MOLLA ROBOT icad ETDİLƏR

24 Avqust 2017 19:03

Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq. “SoftBank Robotics” şirkəti tərəfindən yaradılan robot “Pepper” adlanır. Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir.

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

24 Avqust 2017 19:00

Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kırşehirdə Qarabağ parkı açılacaq

24 Avqust 2017 18:45

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan qardaş Türkyənin Kırşehir vilayətinin 22 nəfərlik bələdiyyə məclis üzvləri və bu bölgədən gəlmiş bir qrup aydın millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüblər və geniş fikir mübadiləsi aparıblar.

Radik İsayev və Səid Quliyev Universiadada bürünc medal qazandı

24 Avqust 2017 18:40

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının 5-ci günündə daha 2 taekvondoçumuz mübarizəyə qoşulub. Dayanq üzərinə çıxan hər 2 idmançımız yarışı bürünc medalla başa vurub.  Belə ki, +87 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayevin ilk döyüşü 1/8 finala təsadüf edib. İranlı Farşad Gias Şandi ilə üz-üzə gələn Olimpiya çempionumuz gərgin keçən döyüşü aktivinə yazıb - 12:11. Taekvondoçumuz ardınca Sabit Buqrahan Karakası (Türkiyə) yarışdan kənarlaşdırıb. O, bu dəfə 25:6 hesabı ilə qələbə qazanıb. Lakin İsayev yarımfinal səddini keçə bilməyib. Rusiyalı Rəfail Ayukayevə 8:36 hesabı ilə uduzan idmançımız 3-cü yerlə kifayətlənib.

Prokuror 1 nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olan sürücüyə cəza istəyib

24 Avqust 2017 18:32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, R. Vəliyevin 5 illik sürücülük hüququndan məhrum edilməklə, 8 il müddətinə həbs edilməsini istəyib.

Azərbaycan Prezidenti: "Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər"

24 Avqust 2017 18:30

Bütün dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər. Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib. 

Ermənistanda polis alayının zabiti bıçaqlanıb

24 Avqust 2017 18:30

Yerevan şəhəri üzrə Post-Patrul alayının komandir müavini mayor Akop Mkrtçyan bıçaqlanıb. Hadisə gecə baş verib. Yerevanın Norqavit səmtində iki dalaşan qrupu ayırmaq istəyən zaman polis zabitinə bıçaq zərbəsi vurulub. 

Azərbaycan-Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiq edilib

24 Avqust 2017 18:26

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev: ""Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir"

24 Avqust 2017 18:24

"Qarabağ"ın qələbəsi həm də Azərbaycan dövlətinin qələbəsidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib. İlham Əliyev vurğulayıb ki, bu tarixi qələbə eyni zamanda ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan "Qarabağ" komandası qazanıb: "Qarabağ" komandası Qarabağ adını daşıyır. "Qarabağ" komandası işğal altında olan Ağdam şəhərini təmsil edir.

Serbiya Prezidenti İlham Əliyevə məktub göndərib

24 Avqust 2017 18:23

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Danimarka səfiri: ""Qarabağ"ın daha da irəli getməsinə azarkeşlik edəcəyəm"

24 Avqust 2017 18:21

Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarkada "Kopenhagen" və "Qarabağ" arasında dünən keçirilmiş matçıreport üçün şərh edib.

Azay Quliyev Astanada nüvə silahına qarşı çağırışlar edəcək

24 Avqust 2017 18:20

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Səfər çərçivəsində  deputat “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək. 

Raqif Abbasov: “Qarabağ”a qalibiyyət yaraşır”

24 Avqust 2017 18:15

“Qarabağ” klubunun rəhbərliyi, məşqçi heyəti, futbolçularını böyük tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Dünən böyük coşqu və sevinclə komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını izlədik”. Bunu açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Manaf Ağayev oğlunu EVLƏNDİRİR: ÖZÜ DƏ GÖRÜN KİMİNLƏ

24 Avqust 2017 18:11

Tanınmış müğənni Manaf Ağayevin evindən vağzalı səsi gələcək. Bu barədə danışan müğənni Manaf Ağayev toyun harda olacağı haqqında məlumat verməsə də sənətçi xeyir işini məhərrəmlikdən sonra edəcəyini də gizlətmədi.

Aktrisanın ərə gedəciyi oğlanın adı və toyun tarixi MƏLUM OLDU

24 Avqust 2017 18:09

"Cehizsiz gəlinlər" serialının baş qəhrəmanı türk oğlanla ailə qurmağa hazırlaşır.  Məlumata görə tanınmış aktrisa Cəmilə Tağızadə yaxın günlərdə türk oğlanla ailə qurmağa hazırlaşır.  Məlumata əsasən aktrisanın özü ilə əlaqə saxladıq. O BiG.Az-a açıqlamasında yayılan məlumatın həqiqət olduğunu və toy hazırlıqlarına başladığını bildirib. Əldə etdiyimiz məlumata görə oğlanın adı Murad Təmizdir. Toy sentyabrın 7 baş tutacaq.