Ermənistanda polis alayının zabiti bıçaqlanıb

Yerevan şəhəri üzrə Post-Patrul alayının komandir müavini mayor Akop Mkrtçyan bıçaqlanıb. Hadisə gecə baş verib. Yerevanın Norqavit səmtində iki dalaşan qrupu ayırmaq istəyən zaman polis zabitinə bıçaq zərbəsi vurulub. 

Yerevan şəhəri üzrə Post-Patrul alayının komandir müavini mayor Akop Mkrtçyan bıçaqlanıb. Hadisə gecə baş verib. Yerevanın Norqavit səmtində iki dalaşan qrupu ayırmaq istəyən zaman polis zabitinə bıçaq zərbəsi vurulub. Hazırda onun ağır vəziyyətdə olduğu bildirilir. Bundan əvvəl polis alayının komandiri müavini olmuş Artur Vanyan ötən il "Sasna Tserer" qruplaşmasının hücumu zamanı öldürülmüşdü. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31