Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
24 Avqust 2017 19:00 SosialSəhiyyə naziri Oqtay Şirəliyev Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qəbul sabah saat 13:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31