Azərbaycan-Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
24 Avqust 2017 18:26 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
|
"Komissiyanın sədri |
||
|
Artur Rasi-zadə |
- |
Azərbaycan Respublikasının Baş naziri |
|
Komissiya sədrinin müavini |
||
|
Şahin Mustafayev |
- |
Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
|
Komissiyanın üzvləri: |
||
|
Samir Şərifov |
- |
Azərbaycan Respublikasının maliyyə naziri |
|
Ramin Quluzadə |
- |
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
|
Hüseynqulu Bağırov |
- |
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri |
|
Əbülfəs Qarayev |
- |
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
|
Mikayıl Cabbarov |
- |
Azərbaycan Respublikasının təhsil naziri |
|
Xələf Xələfov |
- |
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini |
|
Aydın Əliyev |
- |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
|
Nazim İbrahimov |
- |
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri |
|
Ramiz Həsənov |
- |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri |
|
Qüdrət Qurbanov |
- |
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi |
|
Elçin Quliyev |
- |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
|
Rövnəq Abdullayev |
- |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti |
|
Cavid Qurbanov |
- |
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri |
|
Dursun Həsənov |
- |
Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri". |
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.