Bu da oldu: Yasda dua oxuyan MOLLA ROBOT icad ETDİLƏR

Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq. “SoftBank Robotics” şirkəti tərəfindən yaradılan robot “Pepper” adlanır. Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir.

Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq. "SoftBank Robotics" şirkəti tərəfindən yaradılan robot "Pepper" adlanır. Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir. Gündoğan ölkədə mərasim xərcləri 10 min dollara çatır. "Nissei Eco" şirkəti bu xərclərin azaldılması üsulunu tapıb və yeni xidməti əhalinin aztəminatlı təbəqəsi üçün daha əlverişli etməyə çalışıb. Bunun üçün yüksək texnologiyadan istifadə edilib.  Din xadimi rolu daha əvvəl xəstəxanada və pizza dükanında işə götürülmüş "Pepper" humanoid-robotuna həvalə olunub. "Pepper" buddist sutraları oxuyaraq dəfn ritualını yola verməlidir. Robotun dəfn mərasimində canlı din adamını əvəz etməsi xərcləri ciddi şəkildə azaltmağa imkan verir. Lakin "TechCrunch" texnoloji saytı bu yeniliyə tənqidi yanaşıb. Onlar qeyd ediblər ki, "Pepper" baş əyə bilmir. Bu isə hörmət əlaməti olaraq çox mühümdür. Big.az-ın "TechCrunch" portalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31