Gündəm
Mətbuat Şurasında görüş olub
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb. Azərbaycan Mətbuat Şurasında keçirilmiş görüşdə Türk dünyası Sənədli Filmlər Festivalı ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynadakı səfirliyi: Səfirliyin avtomobilinə qarşı terror olması barədə məlumatlar yalandır
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına və səfirliyin avtomobillərinə qarşı heç bir terror hadisəsi baş verməyib. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən Kiyevdə Azərbaycan səfirliyinin avtomobilinə partlayıcı qurğunun atılması barədə məlumatları şərh edərkən bildiriblər. Səfirlikdən Ukraynada bu gün terror aktının olmasını təsdiqləyiblər. “Lakin səfirliyin bütün işçiləri işdədir və avtomobilləri ilə bağlı heç bir problem olmayıb. Ukrayna ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bizim səfirliyə qarşı terror hadisəsinin olması ağlabatan deyil”, - deyə səfirlikdən bildirilib.
Türkiyə Ramil Quliyevin bu jestindən danışır - VİDEO
Dünya Atletizm Çempionatında 200 metr məsafəyə yarışda Türkiyəyə qızıl medal qazandıran Azərbaycan əsilli atlet Ramil Quliyev təltifetmə mərasimi zamanı hərbi salamına aydınlıq gətirib.
“Dördgünlük müharibə”dən əvvəlki...” - Rusiya və Türkiyənin Qarabağ PLANI
Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə imzalanıb. Bu barədə avqustun 22-də Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirdi. Onun sözlərinə görə, müqavilə hələ qüvvəyə minməyib və bəzi texniki nüanslar qalır.
SOCAR Gürcüstanda meşə yanğınlarının qarşısını almaq üçün 20 ton benzin və dizel yanacağı ayırdı
SOCAR "Borjomi meşələrini birgə xilas edək" aksiyasında fəal iştirak edir. Şirkətdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın müvafiq dövlət orqanları və biznes qurumları Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınları ilə mübarizədə fəal iştirak edir.
Fars körfəzində 2 gəmi toqquşdu: 20 ölü
Fars körfəzində İraq gəmisi ilə xarici şirkətə məxsus quru yük gəmisi toqquşub. İraqın "əl-Misbar" gəmisi Xor Abdulla kanalında "Royal Arsenal" quru yük gəmisi ilə toqquşması nəticəsində batıb. Xilasedicilər 11 nəfəri xilas etsələr də, sudan 20 nəfərin cəsədi çıxarılıb.
Prezident İlham Əliyev: "Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb"
"Azərbaycanın futbol tarixinin yeni səhifəsi açılıb." Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyəti ilə görüşündə deyib.
Sizi də dinləməyə hazırıq, bəylər!
Narahatlıqla, həyəcan keçirərək yazdığım yazıların əksəriyyəti qadınlara ünvanlanmış olur. Amma bu, qətiyyən mənim də qadın olmağımdan irəli gəlmir. Sadəcə, cəmiyyətimiz qadınları daha çox sıxır, incidir, qadınları daha çox əli-qolu bağlı, çarəsiz, çıxılmaz vəziyyətdə görürəm.
"Neftçi” - "Kəpəz” matçının biletləri satışda
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Neftçi" - "Kəpəz" oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və stadionun ərazisindəki fan-şopdan əldə etmək mümkündü.
Azərbaycanın daha 2 taekvondoçusu Universiadada medal qazanıb
Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının 5-ci günündə daha 2 taekvondoçumuz mübarizəyə qoşulub. Dayanq üzərinə çıxan hər 2 idmançımız yarışı bürünc medalla başa vurub. Belə ki, +87 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayevin ilk döyüşü 1/8 finala təsadüf edib. İranlı Farşad Gias Şandi ilə üz-üzə gələn Olimpiya çempionumuz gərgin keçən döyüşü aktivinə yazıb – 12:11. Taekvondoçumuz ardınca Sabit Buqrahan Karakası (Türkiyə) yarışdan kənarlaşdırıb. O, bu dəfə 25:6 hesabı ilə qələbə qazanıb. Lakin İsayev yarımfinal səddini keçə bilməyib. Rusiyalı Rəfail Ayukayevə 8:36 hesabı ilə uduzan idmançımız 3-cü yerlə kifayətlənib.
Lerikdə şəlalədən yıxılan şəxs xilas edilib
Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib. Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.
Qadın güləşçilərimiz dünya çempionatında medalsız qaldılar
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir. Dördüncü yarış günündə 48, 53, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.
Özbəkistan Gülnarə Kərimovanın əmlakına həbs qoyulması üçün Rusiyaya müraciət etdi
Özbəkistan mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın daşınmaz əmlakına həbs qoyulması ilə bağlı Rusiyaya müraciət edib. Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi Daşkənddən məktub alıb: "Özbəkistan Baş Prokurorluğundan Rusiya Baş Prokurorluğuna daxil olan müraciətdə Gülnarə Kərimova ilə bağlı cinayət işində hüquqi yardımın göstərilməsi istənilir və onun daşınmaz əmlakına həbs qoyulması xahiş olunur. Hazırda sorğu baxılma mərhələsindədir".
Əməkdar artistin oğlu qəzaya düşdü
"Vicdan haqqı" serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib. Qəza nəticəsində aktyorun idarə etdiyi "BMW" markalı avtomobilinə ciddi ziyan dəyib.
Bakıda "Təhlükəsiz İnternet" xidmətinin tətbiqinə başlanıldı
"Baktelecom" bu gündən etibarən "Bakinternet" istifadəçiləri üçün "Təhlükəsiz İnternet" xidmətinin tətbiqinə başlayıb. Bakı Telefon Rabitəsi MMC-dən verilən məlumata görə, bu filtirasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən "online" qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kiber-cinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədi ilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür.














