Türkiyə Ramil Quliyevin bu jestindən danışır - VİDEO
Dünya Atletizm Çempionatında 200 metr məsafəyə yarışda Türkiyəyə qızıl medal qazandıran Azərbaycan əsilli atlet Ramil Quliyev təltifetmə mərasimi zamanı hərbi salamına aydınlıq gətirib.
24 Avqust 2017 17:45 DünyaDünya Atletizm Çempionatında 200 metr məsafəyə yarışda Türkiyəyə qızıl medal qazandıran Azərbaycan əsilli atlet Ramil Quliyev təltifetmə mərasimi zamanı hərbi salamına aydınlıq gətirib. Ən yüksək kürsüdə yerin tutan Ramil Türkiyə dövlət himni səslənərkən hərbi salam jestinin səbəbini açıqlayıb:
"Mükafatlandırma mərasimi öncəsi, Trabzonda 15 yaşlı qardaşımın terrorçuların şəhid etdiyini öyrəndim. "Nə edim?" Çox üzücü bir xəbər idi. Əsgər salamı ilə dünyanın diqqətinə çəkmək istədim. Qazandığım qızıl medalı şəhidimizin ruhuna həsr etdim". Milli.az CNN-ə istinadən xəbər verir.