Gündəm
Cocuq Mərcanlıda daha 100 evin tikintisi 1 aya yekunlaşacaq
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndinə səfər edib. Ə. Həsənov burada evlə təmin olunmuş cəbrayıllı məcburi köçkün ailələri ilə görüşüb, hazırda davam edən 100 evin tikintisi ilə maraqlanıb.
““Qarabağ”ın növbəti oyunlarının Ağdamda keçirilməsinə bütün dünya kömək etməlidir”
““Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda idmana dövlət başçısı Cənab Prezident İlham Əliyev səviyyəsində olan qayğının nəticəsidir. Əminik ki, bu istiqamətdə bizim daha da böyük uğurlarımız və qələbələrimiz olacaq”.
Bu il 15 rayonda əmək yarmarkaları keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə respublikanın rayon və şəhərlərində Əmək yarmarkaları cari ildə də davam etdirilir.
Kiyevdə PARTLAYIŞ
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində partlayış baş verib. “Olaylar” bildirir ki, hadisə Kiyevin Xruşevskiy prospektində baş verib və əraziyə çoxlu sayda təcili yardım və təklükəsizlik qüvvələrinin cəlb olunub. İlkin məlumata görə, partlayış zamanı ən azı 2 nəfər yaralanıb.
Bakının əsas prospektlərindən birində "Prado" aşdı - Tıxac yarandı
Bir qədər əvvəl Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
Bakıda insanları aldadıb tora salan polis bandası: ADLAR AÇIQLANDI
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı polisi saxlayıblar. Hüquq-mühafizə orqanlarından sputnik.az-a verilən məlumata görə, operativ-axtarış tədbirlərinin nəticəsi belə olub.
Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO
Bu ilin iyulun 26-da "Zəfəran Hospital"da əməliyyat olunduqdan sonra dünyasını dəyişən 22 yaşlı modelin anası müraciət edib. Dünyasını dəyişən model Leyla Oruclunun anası Sevinc Oruclunun sözlərinə görə, qızının ölümünə səbəb həkim səhlənkarlığı olub.
Prezident İlham Əliyev "Qarabağ" futbol klubuna 2 milyon manat ayırdı
Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb. "Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.
Mahaçqalada toyda kütləvi zəhərlənmə olub
Dağıstanın paytaxtı Mahaçqalada toyda kütləvi zəhərlənmə olub. Toydan sonra 21 nəfər tibbi yardıma müraciət edib, 13-ü xəstəxanaya yerləşdirilib. Onlara ilkin olaraq qidadan zəhərlənmə diaqnozu qoyulub.
“Azərbaycanda dini plüralizm sahəsindəki vəziyyəti qənaətbəxş hesab edirəm”
Ölkədə mövcud olan dini plüralizm, tolerantlıq mühiti, digər dinlərin nümayəndələrinə Azərbaycanda yaradılan normal şəraitlə bağlı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Vəlizadənin “OLAYLAR”-a müsahibəsi
Məşhur şirkətin nümayəndəsi cərimələndi- 4000 manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. “Olaylar” bildirir ki, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub. Araşdırma zamanı sözügedən ərazinin “Binəqədi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib.
“Şərq təranələri” ndə Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edəcək
Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Azərbaycanı Beynəlxalq və respublika müsabiqələri laureatı, “Muğam - 2007” televiziya müsabiqəsinin iştirakçısı, Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə təmsil edəcəkdir.
Evi qarət etmək istəyən ələ keçib
Xırdalan şəhərindəki evlərdən birinə qarət məqsədi ilə girməkdə şübhəli bilinən Saray qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.
Qənirə Paşayeva “Qarabağ”dan yazdı
“Bir az əvvəl tarix yazan “Qarabağ” futbol klubumuzun baş məşqçisi, əziz qardaşım Qurban Qurbanovla danışdım və həm öz adından həm də insanlarımız adından onu təbrik etdim. Qurban Qurbanov Azərbaycan futbolunun inkişafında misilsiz xidmətlərin müəllifidir.
Yunanıstan Azərbaycana yeni səfir təyin etdi
Yunanıstan Azərbaycana yeni səfir təyin edib. Yunanıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir postuna təcrübəli diplomat Nikolaos Kanellos (Nicolaos D. Kanellos) təyin edilib.











.jpg)


