Gündəm

İsveçrədə təbii fəalkət – 8 nəfər itkin düşüb

24 Avqust 2017 15:47

İsveçrənin İtaliya sərhəd ərazisində yerləşən Bondo kəndində təbii fəlakət baş verib. “Olaylar” bildirir ki,torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb.

“İmtina etmək niyyətində deyilik” - Özbəkistandan Moskvanın təklifinə RƏDD CAVABI

24 Avqust 2017 15:46

“Özbəkistan kiril əlifbasının xeyrinə latın əlifbasından imtina etmək niyyətində deyil”.  Bunu Özbəkistanın xalq maarifi naziri Uluqbəy İnoyatov deyib. Onun sözlərinə görə, bu məsələnin hətta gündəlikdə olması lazım deyil. “Düşünürəm ki, kiril əlifbasına keçid haqqında fikirlər əhalinin kiçik hissəsinə aiddir. Mən, nazir kimi öz mövqeyini söyləyəcəyəm. Həm kiril əlifbası, həm də latın əlifbasının öz üstünlükləri və çatışmazlıqları var. Amma düşünürəm ki, hazırda latın qrafikalı əlifba ölkəmizdə aşkar üstünlüklərə malikdir. Məsələ ondadır ki, bizim uşaqlarımız xarici dili öyrənirlər və bunun üçün latın qrafikalı əlifba lazımdır. Digər tərəfdən, özbək dilini öyrənən əcnəbilər üçün daha sadə olacaq”, - nazir qeyd edib.

Gürcüstanda həmyerlimizi DÖYÜB... - Zərərçəkənin VƏZİYYƏTİ ÇOX AĞIRDIR

24 Avqust 2017 15:42

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin Qaçiani kəndində 42 yaşlı kişi zorakılığa məruz qalıb. 15-ə yaxın şəxs azərbaycanlıya hücum edərək onu amansızcasına döyərək işgəncə veriblər. Döyülmə kameraya çəkilərək sosial şəbəkədə yerləşdirilib. Zorakılığa səbəbin qısqanclıq olduğu bildirilir. Faktla bağlı artıq 3 nəfər saxlanılıb. Zorakılğa məruz qalmış şəxs hazırda komadadır və vəziyyəti çox ağırdır. Onun ailə üzvləri bütün günahkarların saxlanılmasını tələb edirlər.

Bu azərbaycanlı məşhurların ÖLÜM XƏBƏRİ YAYILDI - SİYAHI

24 Avqust 2017 15:39

Bu dəfə araşdırması məhşurların ölüm xəbərləri haqqında olacaq. Ən təsiredici və inandırıcı ölüm şayiələri. Ölkənin əsas ulduzu xalq artisti Aygün Kazımova ölüm xəbəri ilə şou biznesdə rekord qırıb desək yalan olmaz. ""Diva" avtomobil qəzasında yerindəcə keçinib", "Aygün Kazımova əməliyyatdan sağ çıxmayıb". Demək olar ki, bu xəbərləri məhşur müğənni haqında hər il oxuyuruq. 

"Qəbələ"dən "Qarabağ"a təbrik

24 Avqust 2017 15:35

Çempionlar Liqasının qrup mərhələsinə qalmağı bacaran "Qarabağ"ı ölkəmizin digər nüfuzlu klubu "Qəbələ" təbrik edib.

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun heyətini qəbul etdi

24 Avqust 2017 15:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ" futbol klubunun heyətini qəbul edib. 

Göz yaşına QURBAN...

24 Avqust 2017 15:32

Avqustun 23-ü girəndən “Facebook”da əsas mövzu “Qarabağ” idi. Futbolun xəstələri də, bu idman növünə cüzi maraq göstərənlər də Danimarkadakı oyunu səbirsizliklə gözləyirdi. Uşağından qocasına, kişisindən qadınına, subayından evlisinə,  7-dən 77-yə “Qarabağ”ı düşünür, onun qələbəsini arzulayırdı. Hamı özünün məişət problemlərini unutmuş və sırf bu tarixi qarşılaşmaya köklənmişdi.

“Türkiyə hansısa ittifaqa üzv olmaq üçün Azərbaycanla münasibətləri yarımçıq qoymaz”

24 Avqust 2017 15:30

"Türkiyə istənilən dövlətlə müqavilə imzalayıb münasibət qura, istənilən ittifaqa daxil ola bilər. Bu Türkiyənin özünün müstəqil siyasi xəttidir, strateji kursudur. Türkiyə dövlətinə Azərbaycan tərəfindən təzyiq, ultimatum verilməsi istisnadır. Türkiyə böyük dövlətdir, onun xarici siyasətini özü müstəqil həll edir".

Dağlıq Qarabağ münaqişəsinin həllindəki canlanmanın əsas məqamları- ŞƏRH

24 Avqust 2017 15:28

“Sentyabr ayında Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb. Görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təkliflər də irəli sürülür. Təkliflərdə həm torpaqlarımızın işğaldan azad olunması, həm də danışıqlar prosesinin mərhələli şəkildə davamı və digər məsələlər öz əksini tapır. Amerikalı müvəqqəti həmsədr Riçard Hoqlandın söylədiyi 6 bənddən ibarət plan da onlardan biridir”.

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır - VİDEO

24 Avqust 2017 15:23

Sosial şəbəkədə yayılan video izləyicilərin böyük marağına səbəb olub. Azərbaycanlı qız bir mahnını 19 dildə oxuyub. Onun videosuna qısa zaman ərzində minlərlə insan baxıb.

Şimşək çaxacaq, yağış yağacaq

24 Avqust 2017 15:21

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.

Torpaqların zəbt olunmasının yeni üsulu

24 Avqust 2017 15:16

Ölkədə torpağın qeyri-təyinatı üzrə istifadəsinin qarşısının alınmas istiqamətində ciddi tədbirlər görülməkdədir. Buna baxmayaraq hələ də orpaqların qnunsuz olaraq icarəyə, yaxud istifadəyə verilməsi halları qalmaqdadır.

Çoxmənzilli binaların damını, zirzəmisini də satırlar

24 Avqust 2017 15:14

Hazırda respublikanın bütün bölgələrində çoxmənzilli binaların tikintisinə üstünlük verilir. Sözügedən binaların tikintisi müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən aparılır. Məsələ orasındadır ki, istifadəyə verilən binaların bir çoxunun damı və zirzəmisində kafe və barlar fəaliyət göstərir ki, bu da sakinlərin narahatçılığı ilə müşahidə olunur. Hüquqşünas Ayaz Mirzəzadə bilririb ki, çoxmənzilli bina inşa edərək özgəninkiləşdirən  MTK, MMC və digər şəxslər dərk etməlidirlər ki, mənzilləri satdıqdan sonra həmin binalar artıq onların mülkiyyəti hesab edilmir.

Test üsulu ləğv olunur?

24 Avqust 2017 15:12

Test üsulunun ləğvi ilə bağlı məsələ mütəmadi olaraq gündəmə gəlir və bu zaman bir xeyli müddət həmin məsələ ətrafında müzakirələr davam edir. Bu zaman test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb.

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsi yenidən qurulur 

24 Avqust 2017 15:10

 Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır.