Gündəm

Neftçala sakini göldə batıb

24 Avqust 2017 15:09

Fövqəladə Hallar Nazirliyini Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. “Olaylar”ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini sudan çıxarıblar.

Avtoxuliqanlıq edən sürücü həbs edilib

24 Avqust 2017 15:08

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan daha bir sürücünü saxlayıb. İdarədən bildirilib ki, avqustun 23-də Yasamal rayonu Kənar Dairəvi yolda vətəndaş Seymur Hənifəyevin idarə etdiyi “Vaz 2107” markalı 07-BF-711 dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün yol polisi tərəfindən sürücüyə “saxla” əmri verilib.

Tufandağ buzlağı tətqiq edilir

24 Avqust 2017 15:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə  Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. “Olaylar” bildirir ki, 3755 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 20-22 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib. 

Ova getdi, dostunu güllələdi

24 Avqust 2017 15:04

Şəki rayon sakini ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə S.Əsgərova xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 23-də Şəki rayonunun Baş Kəldək kəndində kənd sakinləri Tarıyel Balakişiyev, əvvəllər məhkum olunmuş Səməd Əsgərov və onun qardaşı Rahim ov edərkən T.Balakişiyev ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə S.Əsgərova xəsarət yetirib.

“Qarabağ” axtarış saytlarında rekord qırdı

24 Avqust 2017 15:01

"Qarabağ" futbol klubunun səfərdə böyük qələbəsinin eyni zamanda siyasi qələbə olduğu barədə də fikirlər səsləndilir. Bunu deyən millət vəkili Aydın Mirzəzadə bildirib ki, məşhur internet ensiklopediyası olan vikipediyada "Qarabağ" sözünə axtarının statitikası ilə tanış olub.

Qadın millət vəkili çadranı TƏHQİR ETDİ

24 Avqust 2017 14:58

Anti-müsəlman mövqeyi ilə seçilən senator Pauline Hanson parlamentə çadra ilə daxil olub.  10 dəqiqə davam edən aksiya ilə senator Avsraliyada çadra tipli baş örtüklərinin qadağan olunmasının vacibliyini vurğulayıb və geyindiyi çadranı parlament binasındaca çıxararaq yerə atıb. Onun bu hərəkəti isə müsəlmanları özündən çıxardıb. 

Qurban Qurbanov məşqçilər arasında birincidir - UEFA açıqladı

24 Avqust 2017 14:57

Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısı açıqlanıb. UEFA-nın açıqladığı siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov birincidir. Təcrübəli çalışdırıcı artıq 9 ildir ki, ağdamlılara rəhbərlik edir. 2011-ci ildən Madrid “Atletiko”sunda çalışan Dieoqo Simeone isə ikincidir. “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə üçüncü sırada yer alıb. O, 2014-cü ildən London klubunun “sükanı arxası”ndadır.

Nazir vətəndaşı ölümdən qurtardı

24 Avqust 2017 14:54

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, intihar etmək istəyən bir vətəndaşı çətin vəziyyətdən xilas edib. Ankarada bir vətəndaş Daxili İşlər Nazirliyinin yaxınlığında intihara cəhd edib.

Prokurorluq binası qarşısında atışma – 2 nəfər yaralanıb

24 Avqust 2017 14:48

İstanbulda prokurorluq binasının qarşısında atışma olub. Atışma nəticəsində 2 nəfər yaralanıb.

Ermənistanla sərhədlərin açılacağı yalanı

24 Avqust 2017 14:42

Hər zaman Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq məqsədilə planlı şəkilə ortalığa atılan və heç bir əsası olmayan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən ortalığa atılıb. İddia olunur ki, bu dəfə sərhədlərin açılmasına İrıvan qədər də, Ankara maraqlıdır. Hər halda Türkiyənin Avrasiya İqtisadi Biliyinə üzv olma istəyinin açıqlanması belə bir təsəvvürü formalaşdırıb.

"Ərimi öldürdüm, gəlin aparın" - Qadın uşaqlarını başqa otağa salıb, ərini qətlə yetirdi - VİDEO

24 Avqust 2017 14:40

Türkiyədə dəhşətli ailə qətlinin təfərrüatı məlum olub.  Hülya Tuncer (35), 18 il əvvəl Sedat Tuncerə (35) ərə gedib. Bu evlilikdən 2-si qız olmaqla 4 uşaqları olub. Tuncer yoldaşından şiddət gördüyü səbəbiylə bir neçə dəfə evdən qaçaraq qadın sığınacaq mərkəzlərinə yerləşib. Bir dəfə də ailəsinin yanına gedən Tuncer hər səfərində dilə tutularaq yoldaşıyla barışıb, evinə dönüb.

Şəhərin mərkəzində İsrail vətəndaşı güllələndi, axtarışa başlanıldı

24 Avqust 2017 14:33

Ukraynanın paytaxtı Kiyevdə İsrail vətəndaşı qətlə yetirilib.  Şahrux Tursunov (19880-ci il) Şota Rustaveli küçəsində yerləşən sinaqoqun qarşısında güllələnərək qətlə yetirilib. Faktla bağlı Ukrayna polisi Kiyevdə geniş axtarış əməliyyatlarına başlayıb.

Mən ona neyləmişəm ki? Şəhriyar del Gerani YAZIR

24 Avqust 2017 14:32

Atam tək qalmışdı. Bu təkliyin necəliyini dəqiq bilmirəm. Hərənin öz təkliyi olur. Amma atamın təkliyi mənə bir az tanış idi. O, əvvəlcə anamdan, sonra bacımdan, daha sonra məndən tək qalmış idi. Anam dünyadan köç edəndən təxminən 6 ay sonra tale elə gətirdi mən də İranda həbs olundum. Danışıram 2011 oktyabr, 2012 apreldən. Bu aralar atamın başı “qarışdı” bir qədər. Bir qədər dediyim, yəni mən həbsdən qayıdanda anamın il dönümü ərəfəsiydi artıq. Daha sonra hərbi xidmətə yollandım. Mən hərbi xidmətdə olanda böyük bacım da gəlin köçdü. Atam deyir, “qızı köçürtdük, gəldim evə. Bir siqaret yandırdım. Qəfil gördüm anan yox. Sonra gördüm qızlar da köçüb gedib. (Balaca bacım anamın sağlığında ailə qurmuşdu – Ş.d.G.) Adını çağırdım. Dedim, “ay Şəhriyar!” Özümdən asılı olmadı, eləcə adını çağırdım. Gördüm haray yoxdu. Bəs bu boyda ömür hara getdi? Divarlar üstümə gəldi sanki. Əlimi başıma tutub çıxdım həyətə, keçdim qonşu Tofiqgilə”.

Polis vətəndaşın maşınını və pulunu əlindən aldı - ŞİKAYƏT

24 Avqust 2017 14:30

Bakının Sabunçu rayonunda sürücü quldurluqla üzləşdiyini deyir. Müraciət edən Bakı şəhər sakini Mustafa Namazov bildirib ki, bu il iyunun 6-da Olimpiya stadionu ilə üzbəüz korpunun yaxınlığında idarə etdiyi 99 KV 892 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili 348 və 494 nömrəli Dövlət Yol Polisinə məxsus maşında olan 3 əməkdaş tərəfindən saxlanılıb.