Ronaldonun xalası qızı Türkiyəyə gəlin gəlir

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldonun xalası qızı Kristin Grosso Türkiyəyə gəlin gəlir. O, ABŞ-da yaşayan Alanyalı Mehmet Güvener ilə ailə qurur.

Cütlük evliliyə ilk addımlarını elə Alanyada atıblar. Avqustun 9-u Alanyada bir gəmidə təşkil edilən xına mərasimində Grossoya xına yaxılıb. Türk adətlərinə görə təşkil edilən xına mərasiminin ardınca cütlük Ronaldonun şəxsi təyyarəsi ilə Portuqaliyaya gediblər.

Cütlüyün toyu 2018-ci il yanvarın 20-də Yamaykanın Lucea şəhərində baş tutacaq. A24.Az

https://www.facebook.com/anadoluajansi/videos/1414860661894985/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31