Gündəm

Qurban Qurbanovun qardaşı: "O "Barselona" azarkeşidir, mən "Real""

24 Avqust 2017 14:27

Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" səhər saatlarında Bakıya qayıdıb. Ağdam klubunu qarşılayanlar arasında "Zaqatala" klubunun prezidenti, Qurban Qurbanovun qardaşı Musa Qurbanov da olub. Veteran futbolçu "Qarabağ"ın tarixi zəfərini şərh edib. Bundan başqa o, matçdan sonra qardaşı ilə emosional telefon danışığından da söz açıb. Qardaşlar söhbət zamanı analarını xatırlayaraq, kövrəliblər. 

İTV-nin canlı efirində maraqlı anlar: uşaq masanın üstünə çıxdı - VİDEO

24 Avqust 2017 14:26

İTV-nin efirində maraqlı anlar yaşanıb.  Canlı yayımda aparıcı Alastair Stewart dəvət etdiyi qonağı Lucy Wronka ilə süd məhsullarının uşaqlarda verdiyi allergiya ilə bağlı söhbət edərkən qadının qızı studiyaya daxil olub.

Qurban Qurbanov Simeoneni zirvədən endirdi

24 Avqust 2017 14:23

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb.

Silahını polisə könüllü təhvil verdi

24 Avqust 2017 14:21

Sabunçu rayonunun Nardaran qəsəbə sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Allahverdi Hadıyev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Əcnəbinin çantasını oğurlayan yaxalandı

24 Avqust 2017 14:20

Əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.

Venesiya qubernatoru: "Allahu Əkbər deyə qışqıran güllələnəcək"

24 Avqust 2017 14:15

Venesiya qubernatoru "Allahu Əkbər" deyə qışqıranların vurulması ilə bağlı əmr verib.  Riminidə konfransda çıxış edən qubernator Luigi Brugnaro polisə "Allahu Əkbər" deyə qışqıran şəxsi vurması ilə bağlı əmr verdiyini bildirib. "San Marko meydanında Allahu-Əkbər deyib qışqıran şəxs snayperçilər tərəfindən güllələnəcək. 1 il əvvəl olsaydı, 4-cü addımında vurardılar deyərdim, amma indi isə deyirəm ki, 3 addım atdıqdan sonra vurulacaq. Allahın yanına getmək istəyənləri, Allahın yanına göndərəcəyik".

Azərbaycanlı müğənni “Para-para” oxudu

24 Avqust 2017 14:13

Müğənni Elşən Cəfərzadə yeni “Para-para” adlı mahnısını təqdim edib.“Olaylar” bildirir ki, sənətçi yeni mahnısına klip də çəkdirib. Ritmik ve dinamik mahnının söz ve musiqisi Zülfi Bədəlova, aranjemanı Elvin Musayevə aitdir. “Para-para”- ya rejissor Elşən Heydərov quruluş verib.

Yolu keçən piyadanı maşın vuraraq öldürüb

24 Avqust 2017 14:09

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar” a verilən məlumata görə, avqustun 23-də saat 16 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Azər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Kəngərli rayon sakini Eldar Əliyevi vurub. Piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avtomobildən 3400 manat pul oğurlayan ələ keçib

24 Avqust 2017 14:08

Bakı şəhərində avtomobildən 3400 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

Cəlilabadda 4 otaqlı ev külə dönüb

24 Avqust 2017 14:06

Cəlilabadın Privolnoye kəndində ümumi sahəsi 189 kv.m olan birmərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 4 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyalar 64 kv.m sahədə və dam örtüyü 110 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Binəqədidə məlumat saatı keçirilib

24 Avqust 2017 14:05

Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda “Məlumat saatı” keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bildirmişdir ki, müxtəlif aktual mövzularda bu cür məlumat saatları davamlı olacaq.

“Qarabağ” qəhrəmanlıq klubudur

24 Avqust 2017 14:03

“Bu gün 2 Qarabağ var. Biri erməni işğalında olan, xarabalıqlara çevrilən, inildəyən və təcavüzə uğrayan bir diyar. Digəri könüllərdə yaşayan gözəl, səfalı, bərəkətli, mədəniyyət və qəhrəmanlıq ocağı olan bir diyar. Bunun hər ikisi bizimdir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Günəş tutulması zamanı ortaya çıxan mənzərə - Fotolar

24 Avqust 2017 14:01

Avqustun 21-də Massaçusets, Oreqon və Cənubi Karolina ştatının sakinləri tam Günəş tutulmasını müşahidə ediblər. 

Xalq artistini Türkiyədə təcili əməliyyat etdilər - SON DƏQİQƏ

24 Avqust 2017 13:57

Bir necə saat öncə xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunub. Diktor bu dəqiqələrdə əməliyyatdan çıxıb.

Luqanskda azərbaycanlı minaya düşərək ölüb

24 Avqust 2017 13:55

Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub. Luqansk vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcərrayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.