Venesiya qubernatoru: "Allahu Əkbər deyə qışqıran güllələnəcək"
Venesiya qubernatoru "Allahu Əkbər" deyə qışqıranların vurulması ilə bağlı əmr verib. Riminidə konfransda çıxış edən qubernator Luigi Brugnaro polisə "Allahu Əkbər" deyə qışqıran şəxsi vurması ilə bağlı əmr verdiyini bildirib. "San Marko meydanında Allahu-Əkbər deyib qışqıran şəxs snayperçilər tərəfindən güllələnəcək. 1 il əvvəl olsaydı, 4-cü addımında vurardılar deyərdim, amma indi isə deyirəm ki, 3 addım atdıqdan sonra vurulacaq. Allahın yanına getmək istəyənləri, Allahın yanına göndərəcəyik".
24 Avqust 2017 14:15 DünyaVenesiya qubernatoru "Allahu Əkbər" deyə qışqıranların vurulması ilə bağlı əmr verib. Riminidə konfransda çıxış edən qubernator Luigi Brugnaro polisə "Allahu Əkbər" deyə qışqıran şəxsi vurması ilə bağlı əmr verdiyini bildirib. "San Marko meydanında Allahu-Əkbər deyib qışqıran şəxs snayperçilər tərəfindən güllələnəcək. 1 il əvvəl olsaydı, 4-cü addımında vurardılar deyərdim, amma indi isə deyirəm ki, 3 addım atdıqdan sonra vurulacaq. Allahın yanına getmək istəyənləri, Allahın yanına göndərəcəyik".
Terrorla bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən Brugnaro ötən ay Rialto körpüsünü partlatmaq istəyən 4 nəfərin Venesiyada saxlanıldığını söyləyib.O bildirib ki, Venesiya Barselonadan daha təhlükəsizdir. Milli.Az "Sputniknews"a istinadla xəbər verir.