Gündəm
Səudiyyə Kralının 100 milyon dollarlıq istirahəti
Səudiyyə Ərəbistanının kralı Mərakeşdə istirahət edir. Kralın istirahətinin xərci 100 milyon dollardır. Səudiyyə şahzadəsi Əl Vəlid Bin Tallal Bin Əbdüləziz Əl Səud və ailəsi də Türkiyənin Bodrum rayonunda istirahət edir. Şahzadənin tətilinin xərci isə 2.5 milyon türk lirəsidir (Təxminən 800 min dollar).
"Qarabağ"ın qələbəsi Rusiya mətbuatında
UEFA Çempionlar Liqasının play-off mərhələsinə yekun vuruldu. Danimarkada "Kopenhagen"in qonağı olan komandamız Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanmışdı.
Prezident: "Azərbaycanla İtaliya arasında siyasi əlaqələr yüksək səviyyədədir" - YENİLƏNİB
Prezident İlham Əliyev avqustun 24-də İtaliyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib. Sonra dövlət başçısı səfirlə söhbət edib.
Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğını söndürüblər
Azərbaycan yanğınsöndürənlərinin Gürcüstanda meşə yanğınlarının aradan qaldırılması əməliyyatlarında iştirakı davam edir. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğın ərazisində 20 hektara yaxın sahəni tam söndürüblər. Hazırda yanğınsöndürənlər dörd yanğın nöqtəsində təbii fəlakətin aradan qaldırılması prosesində iştirak edirlər.
Cərimələri ödəməyən sürücülərə DYP-dən NÖVBƏTİ XƏBƏRDARLIQ
Dövlət Yol Polisi tərəfindən respublika ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir.
"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF
Dünən gecə Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarka təmsilçisi ilə qarşılaşan doğma “Qarabağ” futbol klubu layiqli qələbəsi ilə bütün azərbaycanlılara bayram coşğusu yaşatdı. “Qarabağ” tarixi qələbəsi sayəsində Azərbaycan futbol tarixində bir ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.
MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”
“Suriyanın İdlib şəhərinə qarşı keçirilməsi planlaşdırılan əməliyyat Türkiyənin küncə sıxışdırılmasıdır”. Bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə sərhədində “Əl-Qaidə” terror təşkilatının mövcudluğu barədə ABŞ-ın Suriya nümayəndəsinin bəyanatı məqsədli şəkildə səsləndirilib.
ABŞ-dan İrəvana ŞOK: “Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc edib.
Türk güləşçi tatamidə evlilik təklifi aldı
Dünya çempionu olan türkiyəli güləşçi Yasemin Adar tatmidə evlilik təklifi alıb. Fransanın paytaxtı Parisdə keçirilən çempionatda qızıl medal qazanan Adar birdən-birə qarşısında sevgilisi Ərdəm Yığiti diz çökərkən görəndə təəccübünü gizlədə bilməyib.
Məşhur filmin davamı çəkiləcək
2011-ci ilin ən məşhur türk filmi “Kaybedenler kulübü”nün ikinci hissəsi çəkilir. “Olaylar” Cumhuriyyet - ə istinadən bildirir ki, Mehmet Ada Öztekinin rejissorluğu ilə TMC film şirkəti tərəfindən çəkiləcək film “Kaybedenler kulübü yolda” adlanacaq. Rejissor oktyabrın ilk həftəsində filmin çəkilişlərinə başlanılacağını açıqlayıb. Filmdə baş rolları aktyorlar Nejat İşler və Yiğit Özşener canlandıracaqlar.
Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda vətəndaşları qəbul edəcək.
Anarın dünya çempionunu öldürməsi ilə bağlı daha 2 nəfər barəsində cinayət işi açılıb
Rusiyada pauerliftinq üzrə dünya çempionunun qətli ilə əlaqədar istintaq çərçivəsində 2 nəfər barəsində cinayət işi açılıb. Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb.
Serj Sarkisyan: xalqını hərraca çıxarmış insan
2014-cü il, yanvarın 24-ü. Cənubi Koreyanın nüfuzlu "Chosun İlbo" xəbər saytı "Ermənistan prezidenti Cənubi Koreyaya gələn tibb turistləri arasındadır" başlıqlı məqalə dərc edir. Məqalədə bildirilir ki, Cənubi Koreyada sürətlə inkişaf edən tibb turizmi bizesi ilk dəfə olaraq xarici ölkənin dövlət başçısını - Ermənistan prezidenti Serj Sarkisyanı cəlb edir.
"Qarabağ"ın qələbəsi Ermənistanda şok yaratdı - Möhtəşəm görüntü
Ötən gün “Qarabağ” klubu qələbə qazanaraq adını UEFA Çempionlar Liqasının qrup mərhələsinə yazdırıb. UEFA Çempionlar Liqası oyundan sonra rəsmi “Facebook” səhifəsində “Qarabağ”ın oyunarxası çəkilən fotosunu paylaşıb. Qələbəyə sevinə bilməyən Erməni izləyicilər paylaşıma fotoya “Qəzəb ifadələri” qoyublar.
Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar
Ermənistanın hərbi qulluqçusu Andranik Mkrtçyanın ölümünün təfərrüatları məlum olub. Avqustun 20-də Ermənistanın Müdafiə Nazirliyi hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürüldüyü barədə məlumat yaymışdı. Böyük əks-səda verən ölüm hadisəsinin sonradan əslində intihar olduğu bəyan edilib. Ermənistan sosial şəbəkə istifadəçilərinin iddialarına görə, hadisə cinsi istismar- homoseksualizm zəminində törədildiyindən belə ajiotaja səbəb olub. Aparılan araşdırmalar zamanı hadisənin bir çox təfərrüatları ortaya çıxıb.














